Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Fermerlərə MÜRACİƏT – Heyvanları çimdirmək vacibdir

24.08.2018 17:41 2 335
Fermerlərə MÜRACİƏT – Heyvanları çimdirmək vacibdir
Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə müraciət edib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iribuynuzlu heyvanlarda (inək, camış və zebularda) ağır və iti formada gedən qan-parazitar xəstəliklərini törədən parazitotropa (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) qarşı çimizdirilmə tədbirinin aparılması vacibdir.

Burada əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir. Bunun üçün heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilməlidir.

Həmçinin xatırladaq ki, profilaktik məqsədlə aparılan bütün baytarlıq tədbirləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.

Qeyd olunan tələblər gözlənilmədiyinə görə bu günlərdə Astara rayonunu Şüvü kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus təsərrüfatda 78 baş iribuynuzlu heyvanın tələfatı qeydə alınıb.

Hadisə ilə bağlı Dövlət Baytarlıq Xidməti bildirir ki, məlumat daxil olan kimi əraziyə baytarlıq mütəxəssisləri ezam edilib və ardıcıl müalicə tədbirləri aparılıb.

Aparılan araşdırma zamanı sahibkarın verdiyi məlumata görə 20 avqust 2018-ci il tarixində Astara şəhərində yerləşən İmamverdi Rəciyevə məxsus baytarlıq aptekindən 1 litr 60 %-li İordaniya istehsalı olan diasidol baytarlıq preparatı alaraq 1 ton su ilə qarışdırıb .

Əlavə olaraq özündə olan 11,5%-li 2 litr Rusiya istehsalı olan kriolin əlavə edib. Həmin gün saat 11-12 radələrində təsərrüfatda müxtəlif yaş qrupundan olan heyvanlarda baytarlıq mütəxəssislərinin iştirakı və göstərişi olmadan özbaşına çimizdirilmə aparılıb.

Çimizdirmə meyvə bağlarında ağacların dərmanlanmasında istifadə olunan çiləyici qurğu ilə icra edilib və heyvanlar nəzarətisiz örüş sahəsinə buraxılıb.

Sahibkar tərəfindən həmin gün saat 16:00 radələrində heyvanlar arasında ölümün baş verməsi ilə əlaqədar Astara Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Baytarlıq mütəxəssisləri dərhal təsərrüfata gəlib və 25 baş heyvanda simtomatik müalicə aparıblar.

Həmçinin təsərrüfatda 78 baş iribuynuzlu heyvanın ölməsi müəyyən edilib, ölmüş heyvan cəsədləri baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş 3 baş iribuynuzlu heyvan cəsədindən patoloji material götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasına göndərilib.

Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik, o cümlədən heyvanların çimizdirilməsi tədbirlərinin aparılması yol verilməzdir və bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

Əgər heyvalar arasında bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin “1652 nömrəli Çağrı Mərkəzi”nə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.скачать dle 11.3
Mojo.az Banner