Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?

06.11.2025 22:18 735
Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?
Evlərini kirayə verən şəxslərdən vergi tutulacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanuna görə, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Əmlak eksperti Ramil Osmanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu qərarın məqsədi vergidən yayınan və evlərini kirayə verən vətəndaşların prosesə təşviq etməkdir:

"Məqsəd onları bu prosesə cəlb etməkdir. Əvəllər mənzillərini kirayə verən fiziki şəxslər üçün 14% idi. İndi həmin faiz dərəcəsi 14%-dən 10%-ə endirilib. Bu, müsbət addımdır. Amma nəzərə almaq lazımdır ki, buna hər hansı bir formada nəzarət imkanları olacaqmı? Yəni, proses necə aparılacaq ki, evlərini kirayə verən mülkiyyətçilər vergisini ödəyə bilsin. Bundan əlavə, həmin nəzarətdən sonra evlərini kirayə verən mülkiyyətçilər prosesə cəlb oluna biləcək, ya yox. Bu artıq başqa bir məsələnin mövzusudur".

Ramil Osmanlı əlavə edib ki, burada əsas məqsəd maksimum nəticə əldə etməkdir:

"İlkin illərdə ola bilər ki, 5-10% artımlar olar. Amma sonrakı illərdə nəzarəti artırmaqla, bu cür təşviq addımları sürətləndirməklə və başqa yeni mexanizmlər tətbiq etməklə mülkiyyətçiləri, o cümlədən mənzillərini kirayə verən şəxsləri tam şəkildə prosesə cəlb etmək olacaq. Çünki vergi qanunvericiliyində vergidən yayınmağa, bəyan edilməməsinə görə cərimə və sanksiyalar nəzərdə tutulur və bunu aşkar etdikdə bununla bağlı müxtəlif addımlar atıla bilər".

Ramil Osmanlı hesab edir ki, prosesin özündə vətəndaşlar maraqlı olmalıdırlar:

"Çalışmalıdırlar ki, mənzillərini kirayə verərkən gələcəkdə vergi baxımından məsuliyyətdən yayınmamaq və digər hüquqi proseduru icra etmək üçün sənədləri rəsmiləşdirsinlər. Amma proses hansı formada gedəcək, onu biz bacaracağıq, ya bacarmayacağıq, bunu növbəti ilin ilk yarım ili bitdikdən sonra biləcəyik. Ondan sonra nəticələrlə bağlı konkret fikir bildirə biləcəyik".

Son xəbərlər