Mojo.az — elanlar
Son Xəbərlər
13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ"ın oyunçuları "Çelsi" ilə oyuna görə mükafat alacaqlar - MƏBLƏĞ

06.11.2025 14:49 876
"Qarabağ"ın rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

Median.Az
Publika.az-a istinadən xəbər verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-heçə qələbəyə bərabər tutulub. Futbolçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması "Qarabağ"ın rəhbərliyini razı salıb.

Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri "Çelsi" ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

Qeyd edək ki, cari mövsümdə UEFA Çempionlar Liqasında iki qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

Son xəbərlər