Mojo.az — elanlar
Son Xəbərlər
11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Eurohome"un arxasında da Mehdiyev şəbəkəsi dayanıb? - Mağazası kül olan sahibkardan ilginc iddia

06.11.2025 22:13 579
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun biznes imperiyası ilə bağlı mediada müxtəlif məlumatlar dərc olunur.

"Qaynarinfo" xəbər verir ki, bu məlumatlardan Ramiz Mehdiyevin uzun illər səlahiyyətlərindən istifadə edərək iqtisadi imperiya qurduğu aydın olur. Bu imperiyaya maliyyə təsisatlarından tutmuş tikinti şirkətlərinə qədər müxtəlif biznes strukturlar daxildir.

Son günlərdə məşhur tikinti materialları bazarı "Eurohome"un Ramiz Mehdiyevin himayəsində olduğu iddia olunub. Bu iddianı vaxtilə həmin bazarda icarə müqaviləsi əsasında mağaza işlədən sahibkar Rafiq Ocaqverdiyev irəli sürüb.

Rafiq Ocaqverdiyev bir müddət əvvəl "Eurohome"un sahibi Azay Möhnətovu ona çatacaq kompensasiyanı ödəməkdən yayınmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, 2019-cu ildə "Eurohome"da baş verən yanğın zamanı ona 200 000 manat ziyan dəyib. Həmin vaxt Azay Möhnətov ziyan çəkən icarədarlara kompensasiya ödəyəcəyini vəd etsə də, Rafiq Ocaqverdiyevə hələ də ödəniş edilməyib.

O, məsələ ilə bağlı Prezident Administrasiyasına və ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq Baş Prokurorluq onun müraciətini nəzarətə götürüb.

Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, müraciətini göndərdikdən bir neçə gün sonra Baş Prokurorluqdan ona zəng edilib və müraciətin araşdırılacağı bildirilib: "Mən inanıram ki, araşdırma müsbət yekunlaşacaq. Başqa cür olması da mümkün deyil. Mənə ziyan dəyib. Dövlət səviyyəsində Azay Möhnətovdan zərər çəkən icarədarlara kompensasiya ödənilməsi tələb edilib. Azay Möhnətov isə hay-küy düşməsin deyə, bizi müxtəlif vədlərlə aldadıb".

Sahibkarın sözlərinə görə, Azay Möhnətovun açıq-aşkar qanun pozuntusuna yol verməsi təsadüfi deyil: "Eurohome" Ticarət Mərkəzi Ramiz Mehdiyevin nəzarətindədir. Onun kürəkəni İlham Əliyev uzun illər Ramiz Mehdiyevin dəstəyi ilə bazara himayədarlıq edib. Hətta mən bilən, Ramiz Mehdiyevin kürəkəni ilə Azay Möhnətovun Rusiyada şərikli biznesi də var. Yəni, Azay Möhnətov bu adamlara güvənərək bizi acınacaqlı duruma salıb. Amma artıq Mehdiyevlərin dövranı deyil. O, cinayət məsuliyyətinə cəlb edilib. İnanıram ki, bundan sonra Azay Möhnətovla da bağlı araşdırmalar başlanacaq və bizim də hüquqlarımız bərpa olunacaq".

Rafiq Ocaqverdiyevin iddiaları ilə bağlı Azay Möhnətovun mövqeyini öyrənmək mümkün olmayıb.

Mediada yayılan məlumatlara görə, "Eurohome"un əsl sahibi Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevdir. Bildirilir ki, o, Ramiz Mehdiyevin əmisi oğludur.

Son xəbərlər