Mojo.az Banner
17:19 Peskov: "Sülh danışıqları uzandıqca Kiyevə qarşı tələblər sərtləşəcək"  |     17:08 Pensiyalar nə vaxt veriləcək?  |     17:08 Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanıldı - VİDEO  |     16:41 Leyla Əhmədova həbs olundu  |     16:41 Bu il neçə kişiyə ödənişli atalıq məzuniyyəti verilib?  |     16:39 "Kəpəz" - "Qəbələ" qarşılaşması sükutla başlayacaq - SƏBƏB  |     16:37 Gənc oğlan Bakıda daş karxanasında öldü  |     16:05 İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb  |     15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |    
Left Banner
Right Banner

Tramp Si Cinpinə xahişlə müraciət etdi

06.11.2025 20:23 870
Tramp Si Cinpinə xahişlə müraciət etdi
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada Çin Sədri Si Cinpinlə görüşü zamanı hazırda həbsdə olan Honkonqlu media maqnatı Cimmi Layın həbsdən azad edilməsi məsələsini qaldırıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Administrasiyanın anonim nümayəndəsi qeyd edib ki, Tramp vəd etdiyi kimi, Cimmi Lay mövzusuna qayıdıb və hər iki tərəf bu məsələnin müzakirəsində iştirak edib. Lakin söhbət azad edilmənin konkret şərtlərinə dərindən toxunmayıb və əsas mövzular milli təhlükəsizliyə təhdid ittihamları ilə bağlı uzun məhkəmə prosesindən sonra 77 yaşlı iş adamının səhhətinin vəziyyətinə aid olub.

Bildirilir ki, bu vəziyyətin müzakirəsi beş dəqiqədən az çəkib. Digər bir mənbə vurğulayıb ki, Si Cinpin Trampın xahişini dinləyib. ABŞ prezidenti Layın azad edilməsinin Vaşinqton və Pekin arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərə biləcəyinə, həmçinin beynəlxalq arenada Çinin imicini yaxşılaşdıra biləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Tramp və Si Cinpin Cənubi Koreyada danışıqlar aparıblar.скачать dle 11.3
Mojo.az Banner