Mojo.az Banner
12:35 Azərbaycanda keçmiş deputat VƏFAT ETDİ - FOTO  |     12:14 Azərbaycana yay fəslinin daxil olacağı VAXT AÇIQLANDI  |     12:13 Bakıda dəhşət: Gənc oğlanı qatar vurdu  |     12:12 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     12:04 Azərbaycanda 2800 il yaşı olan qayaüstü mixi yazılı mətnin yeri müəyyən edildi - FOTO  |     11:59 Güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT  |     11:55 Bəzi şəxslər istilik qurğularında İŞLƏYƏ BİLMƏYƏCƏKLƏR  |     11:52 Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - Video  |     11:47 "Saat 18:00-dan sonra yeməmək arıqlamağa kömək etmir" - Mütəxəssisdən maraqlı açıqlama  |     11:45 Alyona Əliyeva "Balaca Şahzadə" tamaşasından paylaşım edib - FOTO  |     11:44 Rusiya Müdafiə Nazirliyinin polkovniki həbs olundu  |     11:43 Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu  |     11:42 Cəlilabadda beş yaşlı uşaq su anbarında boğuldu  |     11:35 İtaliyada güclü zəlzələ oldu  |     11:12 Donald Tramp Azərbaycana yeni səfir namizədini təqdim edib  |     22:59 “WhatsApp”-da yenilik: ödənişli paket istifadəyə verildi  |     22:51 Yevlax sakini Bakıda qaynını qətlə yetirdi  |     22:46 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı  |     22:41 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Mühərrik yağları yenidən bahalaşdı - VİDEO  |    
Left Banner
Right Banner

Sabah istehsal olunacaq çörək bu gün satıldı – Zavod rəhbərindən Açıqlama

15.08.2018 17:46 7 434
Sabah istehsal olunacaq çörək bu gün satıldı – Zavod rəhbərindən Açıqlama
Paytaxtın mağazalarından kəpəkli çovdar çörəyi alan sakinlər qəribə hadisə ilə qarşılaşıblar.

Bizimyol.info-nun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında yaşanıb. Belə ki, “31 saylı Çörəkbişirmə Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus çörəyin istehsal tarixi 16.08.2018 kimi göstərilib. Sosial şəbəkələrdə “gələcəkdən gələn çörək” başlığı ilə paylaşılan həmin fotoşəkillər çoxsaylı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı məlumat əldə etmək üçün sözügedən MMC ilə əlaqə saxladıq. Müəssisənin rəhbəri Ceyhun İbrahimov yanlışa görə istehlakçılardan üzr istəyərək burada insan faktorunun rol oynadığını bildirdi:

“Çörəklərin üzərinə istehsal tarixləri əl ilə vurulur. İnsandır, nə qədər sürətli işləməyə çalışsa da, yanlışlığa yol verir. Əvvəllər də belə hadisə yaşanıb. Amma uzun müddət idi ki, təkrarlanmırdı. Bu, sadəcə təsadüfdür. Başqa cür səsləndirilə də bilməz. İndi özüm də bu işlə maraqlanacağam və lazımi tədbirlər görəcəyəm. İstehsal tarixinin yanlış yazılması xəcalətgətirən, insanı başıaşağı edən bir hadisədir. Mən istehlakçılardan üzr istəyirəm”.скачать dle 11.3
Mojo.az Banner