Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Evli qadını intim videoları ilə şantaj edən şəxsin məhkəməsi başlayır

20.07.2018 17:24 5 378
Evli qadını intim videoları ilə şantaj edən şəxsin məhkəməsi başlayır
Qaradağ rayon Məhkəməsində Miryusif Məmmədovun CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Median.Az
-ın məlumatına görə, ittiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Arzu Nəzərova Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər. Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj etməyə başlayıb.
Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Muryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.

Hazırlıq iclası iyulun 23-də keçiriləcək.

Son xəbərlər