Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı | 11:32 Nikol Paşinyan Türkiyədə səfərdədir | 11:31 Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda biabırçılıq — Evli qadını intim videoları ilə şantaj edib 12 min manatını aldılar

03.09.2018 17:02 4 314
Bakıda biabırçılıq — Evli qadını intim videoları ilə şantaj edib 12 min manatını aldılar
Qaradağ rayon Məhkəməsində evli qadını şantaj edib pulunu alan şəxsin məhkəməsi başlayıb.

Median.Az
"ölkə.az”a istinadən xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə Miryusif Məmmədovun CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Arzu Nəzərova Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər.

Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj edib.

Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.

Son xəbərlər