Mojo.az Banner
21:08 DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi  |     21:03 İspaniyada daha bir hantavirus hadisəsi aşkarlandı  |     20:55 Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - Video  |     20:51 "Milan"ın hücumçusu antirekorda imza atdı  |     20:43 Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində  |     20:39 Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub  |     20:34 "Ferrari" ilk elektrik avtomobilini təqdim etdi - qiyməti 550 min avrodan başlayır  |     20:28 “Şamaxı” 5 futbolçusu ilə vidalaşdı  |     20:20 “Azərpoçt” adından saxta SMS-lər göndərilir  |     20:15 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     20:09 İranda internet qadağası bitir  |     20:03 Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırdı  |     19:57 Əli Əsədov Mişustinlə danışdı  |     19:50 Bu imtahanların da nəticələri elan olundu  |     19:45 Oman sahillərində tanker atəşə tutuldu  |     19:34 Aşığın maşını yanıb külə döndü  |     19:29 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı  |     19:23 Türkiyəli ulduzun 43 min lirəlik yeməyi - Müzakirələrə səbəb oldu (FOTO)  |     19:18 İranda internetlə bağlı yeni qərar verildi  |     19:15 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq  |    
Left Banner
Right Banner

Bakıda iyrənc hadisə — Ailəli qadını intim fotolarını sosial şəbəkədə paylaşacağı ilə hədələdi və ...

20.07.2018 13:45 12 251
Bakıda iyrənc hadisə — Ailəli qadını intim fotolarını sosial şəbəkədə paylaşacağı ilə hədələdi və ...
Qaradağ rayonunda qadının intim görüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 12 min manat pulunu alan şəxs hakim qarşısına çıxarılacaq.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, Məmmədov Miriyusif Ələmdar oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 23-də hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Nəzərova Arzu Nazim qızı Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

Müəyyən edilib ki, Miryusif Məmmədov Arzu ilə sosial şəbəkələrdən birində tanış olub.

Sonradan Miryusif ilə Arzunun münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər. Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.

Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.

Miryusif Arzudan ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.

Bundan sonra Arzu hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.

İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib.

Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner