Mojo.az Banner
Left Banner
Right Banner

Güləşçilərimizin dünya çempionatına hazırlığından - VİDEO

10.07.2018 18:07 2 354
Güləşçilərimizin dünya çempionatına hazırlığından - VİDEO
Oktyabrın 22-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı keçiriləcək.

Bu münasibətlə kişilərdən ibarət sərbəst güləş üzrə millimiz iyunun 24-dən iyulun 7-dək Göygöldə təlim-məşq toplanışında olublar.

Millimiz sərbəst güləş üzrə federasiyanın vitse-prezidenti, yığmamızın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında məşq keçiblər.

Məşqlərdə dünya çempionluğuna əsas namizədlərimiz – Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyevin necə səylə hazırlaşdığı görünür.

Həmin məşqlərdən maraqlı görüntüləri təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner