Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

Alpinistlərin ölümü ilə bağlı yekun rəy: Soyuqdan ölüblər

28.06.2018 18:37 1 476
Alpinistlərin ölümü ilə bağlı yekun rəy: Soyuqdan ölüblər
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb.

Median.Az
xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib.

Bu rəyə əsasən, ekspertiza zamanı meyitlərin üzərində xəsarət izi aşkar edilməyib.

Alpinistlərin ölümünə isə onların bədənində ümumi hərarətin enməsi və soyuması olub:

"Onlar qar uçqununun altında qalaraq soyuqdan ölüblər. Qar kütləsi enərkən onlar aşağıda olduqları üçün xəsarət almayıblar. Başqa sözlə, uçqun bunları hündürdən yerə çırpmayıb, digər tərəfdən də çadırın içərisində olublar. Ona görə də xəsarət almayıblar".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.скачать dle 11.3
Mojo.az Banner