Mojo.az Banner
15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Meyitləri tapılan alpinistlərlə bağlı ilkin ekspertiza RƏYİ

21.05.2018 14:42 1 763
Meyitləri tapılan alpinistlərlə bağlı ilkin ekspertiza RƏYİ
Qubada meyitləri tapılan alpinistlərlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

Median.Az
xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, ilkin baxış zamanı meyitlərin üzərində heç bir travma - sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır. Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.скачать dle 11.3
Mojo.az Banner