Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qurudulmuş meyvə alarkən nələrə diqqət etmək lazımdır?

18.06.2018 18:46 4 043
Qurudulmuş meyvə alarkən nələrə diqqət etmək lazımdır?
Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır.

İstehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.

● Əgər məhsul hermetik qablaşdırmadadırsa ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.

● Quru meyvə satışını həyata keçirən obyektin gigiyenik qaydalara əməl etməsinə, məhsulun piştaxtada və şüşə rəflərdə satılmasına diqqət yetirilməkdə vacibdir.

● Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.

● Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Bir ədəd qurudulmuş meyvənin üzərində bu qüsurlarla rastlaşsanız, düşünməyin ki, onu kənara qoysanız məsələ həll olunur. Belə məhsulu ümumiyyətlə almağınız tövsiyə olunmur.

● Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

● Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.

● Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.

● Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.

● Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.

● Üzərində kif əlamətləri müşahidə edilməyən və bərk gavalı qurusu keyfiyyətcə üstündür.

● Alma qurusunun rəngi bej və ya krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.

● Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.

● Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.

● Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.

● Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır.

Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik qoxuya malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir. (Afsa.gov.az)

Son xəbərlər