Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda sel körpünü dağıdıb maşını apardı - FOTO

28.05.2018 17:59 1 785
Azərbaycanda sel körpünü dağıdıb maşını apardı	- FOTO
Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, əvvəlcə rayonun dağlıq ərazilərinə dolu düşüb, sonra küləklə müşahidə olunan leysan yağışı yağıb. Pirsaat, Ağsuçay və Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb. Təbii fəlakət zamanı rayonun Ərçivan, Pirqulu, Nağaraxana, Qaleybuğurd, Dəmirçi kəndlərində tərəvəz və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elekrik enerjisinin verilişi dayanıb.

Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb. Pirsaat çayına gələn güclü sel Ərçivan kənd sakinlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Sel suları çayın üzərindəki istifadəyə yararsız olan körpünü tamamilə dağıdıb. Kənd sakini "Tofaş" markalı minik avtomobili ilə çayın içərisindən keçərkən sel onun avtomobilini aşıraraq daşlara çırpıb və 200 metr aralı aparıb.

Yaxınlıqdakı insanların köməyi ilə sürücü sel sularından xilas edilib. Əzilərək yararsız hala düşən avtomobil çaydan çıxarılıb. Kənd sakinlərinin sözlərinə görə, yağış yağanda Pirsaat çayı üzərində körpü olmadığına görə insanların çayın içərisindən keçərək Ərçivan kəndinə gediş-gəlişi çətinləşir. 









скачать dle 11.3
Mojo.az Banner