Mojo.az Banner
17:02 AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA (FOTO)  |     16:59 İşə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi  |     16:51 Naxçıvana hücum zamanı xəsarət alanlardan üçü hava limanının əməkdaşıdır  |     16:50 İranın Naxçıvana dron hücumu ilə bağlı CİNAYƏT İŞİ AÇILDI  |     16:23 Leyla Əliyeva və Arzu Əliyeva "Leyla Medical Center"in Pediatriya Mərkəzində olublar (FOTO)  |     16:20 İranın nazir müavini Naxçıvana hücum barədə: "Elan etdiyimiz siyasət budur" - Video  |     16:17 Ermənistanın dəmir yollarına hansı ölkə nəzarət edəcək? - Yeni iddia  |     15:45 YAP: "İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir"  |     15:04 İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları açıqlandı  |     15:03 İran səfirliyi suallardan QAÇDI: Molla rejimi iç üzünü göstərdi (Video)  |     14:53 İranın dron hücumundan sonra Naxçıvan aeroportundan fotoreportaj (Video)  |     14:49 İranın İncirlik bazasına atdığı ballistik raketi kim vurub?  |     13:27 MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq"  |     13:02 İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb  |     13:01 İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Nota verildi  |     12:50 İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar var - RƏSMİ  |     12:33 SON DƏQİQƏ: İran Naxçıvan aeroportuna dron hücumu etdi - ANBAAN GÖRÜNTÜLƏR ( FOTO / VİDEO)  |     12:10 Vətən müharibəsindən sonra 831 itkinin qalıqları tapılıb  |     12:00 Avtoxuliqanlığını “TikTok”da paylaşan sürücü həbs edildi (Video)  |     11:59 Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı  |    
Left Banner
Right Banner

Göyçayın 30 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

02.06.2018 21:06 4 357
Göyçayın 30 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindəki körpü 7 saatdır bağlıdır

Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.

Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub. Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür.

Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər. (APA)

* * * * *

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb.

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

* * * * *

İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub.

İyunun 2-də saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb. Hazırda sel axını davam edir və avtomobil körpüsü çökmək təhlükəsi ilə üzləşib.

Artıq körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Körpünü üstündəki asfalt qatında iri çatlar əmələ gəlib. Sel suları körpünü silkələyir və insanlar öz avtomobili ilə körpünün üstündən keçməyə qorxur.

Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür. (APA)скачать dle 11.3
Mojo.az Banner