Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda güclü külək və leysan fəsadlar törədib

16.07.2020 11:25 1 449
Şamaxıda güclü külək və leysan fəsadlar törədib
Şamaxı rayonunda güclü küləklə müşahidə olunan leysan kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

“Report” xəbər verir ki, aramsız yağan yağışlar daha sonra kəskinləşərək leysana çevrilib. Digər tərəfdən də əsən güclü külək suyun axınına təkan verib.

Hektarlarla meyvə bağları su altında qalıb. Mal-qaraya və təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin dediyinə görə, təxminən üç hektara yaxın qoz bağı, 21 hektar badam bağı tələf olub. Eyni zamanda ərazidə salınmış süni balıq gölü də leysan nəticəsində məhv olub və bu, xeyli sayda balıq tələfatına gətirib çıxarıb.

Udlu, Yekəxana və Poladları kəndləri istiqamətində insanların gediş-gəlişi ləngiyib. Avtomobil yolları, piyada keçidi üçün salınmış kiçikhəcmli körpülər su altında qalıb.

Sakinlər mövcud vəziyyətdən çox narahatdırlar və təbii fəlakətin bu şəkildə davam edəcəyi təqdirdə kənd təsərrüfatının bir çox sahəsinin ciddi şəkildə ziyan görəcəyini bildirirlər. Aidiyyəti qurumlar məsələdən xəbərdardır və onlar da öz növbəsində dəyə biləcək ziyanın qarşısının alınmasına çalışır.скачать dle 11.3
Mojo.az Banner