Mojo.az Banner
17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspert: Qarabağ məsələsində hər şey Bakının planı üzrə getmir

23.05.2018 13:12 1 703
Ekspert: Qarabağ məsələsində hər şey Bakının planı üzrə getmir
Qərbin güc mərkəzləri tanınmamış “DQR”-ni Qarabağ danışıqlarında ayrı tərəf kimi təqdim etmək istəyirlər.

Bu sözləri Oxu.Az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk separatçıların Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirakı məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb bunu açıq formada etmir, “hər şeyi sakitcə, vasitəçiləri və tərəfdarları vasitəsilə edir”.

“İş burasındadır ki, əgər danışıqlar prosesinə yeni tərəf əlavə olunsa, Dağlıq Qarabağın suverenliyi ilə bağlı addım atılmış olacaq”, - ekspert bildirib.

O əlavə edib ki, Ermənistanın yeni simaları bunu açıq şəkildə bəyan edirlər. Təsadüfi deyil ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan da ilk bəyanatında bu məsələyə toxunub.

“Bütün bunlar Bakının planlarına uyğun deyil və müəyyən narahatlıqlar doğurur.

Ancaq Azərbaycan sadəlövh ölkə deyil və burada başa düşürlər ki, nə Avropa, nə Qərb, nə də Rusiya Qarabağın Azərbaycanın tərkibinə reinteqrasiyasına razı olmayacaqlar.

Rusiyanı bu siyahıdan dərhal silmək olar. Çünki Moskva Qarabağ məsələsində “status-kvo”nun saxlanılmasının tərəfdarıdır. Qərb və Avropaya isə regiondakı qeyri-sabitlik sərf edir.

Öz mövqeyini açıq şəkildə bəyan edən yeganə tərəf Türkiyədir. Azərbaycan üçün qardaş ölkə olan Türkiyə. Ancaq Türkiyənin də öz problemləri var”, - Trofimçuk deyib.

Ekspert qeyd edib ki, Azərbaycan bu ritorikaya sayıq olmalıdır.скачать dle 11.3
Mojo.az Banner