Mojo.az Banner
22:58 Gilas hansı xəstəliklərdən qoruyur?  |     22:50 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı  |     22:48 Mourinyo onları "Real"da görmək istəmir  |     22:44 Polşanın axtarışa verdiyi azərbaycanlı həbs olundu  |     22:36 Seçkilərin yekun nəticələri sabah açıqlanacaq  |     22:29 2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular  |     22:21 Kommunal xidmətlərə hansı bölgələrdə nə qədər pul xərclənir? (SİYAHI)  |     22:17 Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edildi  |     22:11 Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər? (VİDEO)  |     22:04 Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI (Yenilənib)  |     21:58 Şəhid anası vəfat etdi  |     21:51 Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı  |     21:44 Ramiz Mehdiyevin ailə bankı BOKT oldu  |     21:39 Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu  |     21:30 Türkiyə Ermənistanla SƏRHƏDİ AÇDI  |     21:25 Qazaxıstanda internetlə bağlı qaydalar sərtləşdirilir: Söyüş yazanlar cərimə oluncaqlar  |     21:18 Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? (VİDEO)  |     21:10 Fransada "Puşkin Əməliyyatı" - Kitab oğruları həbs edildi  |     21:05 Millimiz dünya çempionu oldu  |     20:58 Toylarda spirtli içki ləğv olunur? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Kreml Sarkisyanı qorumaq istəmədi - ŞƏRH

23.04.2018 17:28 2 398
Kreml Sarkisyanı qorumaq istəmədi - ŞƏRH
Ermənistan cəmiyyətinin qatil Serj Sarkisyandan qurtulması bölgədəki durumu dəyişir.

Bunu oxu.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir”, - politoloq bildirib.

O əlavə edib ki, Kreml Sarkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir:

“Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq”.

Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı da ciddi götür-qoy etməlidir:

“20 ildir Ermənistan Köçəryan-Sarkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar.

İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir”.

Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan bu gün istefa verdiyini açıqlayıb.скачать dle 11.3
Mojo.az Banner