Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

"Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil" - Politoloq

09.09.2025 22:07 609
"Kreml Aİ-nin Ermənistandakı fəaliyyətindən narahat olaraq öz növbəsində Moskvaya bağlı qüvvələrin daha da gücləndirilməsinə çalışacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qərbin yumşaq güc vasitəsilə Rusiyanın Ermənistandakı təsirini zəiflətmək cəhdinə Moskvanın sərgiləyəcəyi reaksiyanın nə olacağını şərh edərkən deyib.

"Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq istiqamətində mübarizə aparır. Belə mübarizə məkanlarından biri də Ermənistandır. 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Avropa İttifaqı kimi Rusiya da bu seçkiləri diqqətlə izləmək fikrindədir. Hətta Rusiya Ermənistanda öz istədiyi siyasətçinin hakimiyyətə gəlməsi üçün artıq müəyyən addımlar da atıb. Moskva biznesmen Karapetyanın timsalında növbəti emissarını Ermənistana göndərdi. Lakin İrəvana gələn kimi o həbs edildi. Moskva öz məqsədinə nail olmaq üçün həmçinin Ermənistandakı kilsə nümayəndələrindən də istifadə etməyə çalışır", deyə politoloq bildirib.

Ekspert qeyd edib ki, belə vəziyyətdə Aİ-nin də hərəkətə keçməsi gözlənilən idi:

"Təbii ki, Aİ buna sakit dayanaraq baxa bilməz. Onlar da artıq hərəkətə keçiblər. Aİ uzun müddətdir ki, Ermənistanı Rusiyanın nüfuz dairəsindən qurtarmaq üçün vəsait yatırır. Paşinyan hökuməti Aİ-ni tam qane edir”.



Bu mənada, həmsöhbətimizin fikrincə, qarşıdan gələn ildə Ermənistanda kəskin formada Qərb və Rusiya qarşıdurmasının şahidi olacağıq:

"Sözsüz ki, Aİ-nin bu hərəkətliliyi Moskvanı da narahat edir. Kreml Aİ-nin Ermənistandakı fəaliyyətindən narahat olaraq öz növbəsində Moskvaya bağlı qüvvələrin daha da gücləndirilməsinə çalışacaq. Bu mənada 2026-cı il seçkiləri gərgin keçəcək. Amma görünən odur ki, Rusiya əvvəlki seçkilərdə olduğu kimi, 2026-cı il seçkilərində də öz istədiyi namizədin qalib gəlməsinə nail ola bilməyəcək. Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil”.

Qeyd edək ki, Ermənistanda 2026-cı il seçkiləri yaxınlaşdıqca bu ölkə uğrunda Qərblə Rusiya arasında savaş kəskinləşir. Artıq Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Aİ "ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib. "Brüssel”dezinformasiyaya qarşı mübarizə" adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır. Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq "demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır.

Digər tərəfdən, Moskva da Ermənistandakı seçkilərə hazırlaşır. Kreml Paşinyana qarşı mübarizədə hələlik Rusiyada yaşayan erməni əsilli biznesmen və kilsə xadimlərinə bel bağlayır.

Son xəbərlər