Mojo.az — elanlar
Son Xəbərlər
22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Sergey Markov Lavrovun İrəvana səfəri barədə: “Paşinyan nəyinsə bazarlığını etməyə çalışırdı”

07.05.2021 17:03 1 902
Sergey Markov Lavrovun İrəvana səfəri barədə: “Paşinyan nəyinsə bazarlığını etməyə çalışırdı”
Bir gün əvvəl işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfərindən Moskvaya qayıdan məşhur rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfərini şərh edib.

“Görünən budur ki, tərəflər - Rusiya və Ermənistan - bir-birlərini eşitmirlər, tamamilə başqa şeylərdən danışırlar”, - deyə o Caliber.Az-a müsahibəsində deyib.

“Mövzuya səfərin Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri fonunda baş verməsindən başlayacağam. Moskva qərar verməlidir: kimisə dəstəkləyəcəkmi? İki seçim var.

Birincisi, daha çox rusiyapərəst və s. kimi Robert Koçaryanın qruplaşmasını dəstəkləmək. Ancaq problem ondadır ki, Robert Koçaryan Nikol Paşinyandan daha az populyardır və onun tərəfdarları Qarabağ məsələsi və müharibənin nəticəsi üçün intiqam almağa meyllidirlər.

İkincisi, Nikol Paşinyandır. Ancaq Rusiya Federasiyası rəhbərliyi Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qərblə bağlı siyasətində aydınlıq istəyir”, - deyə o bildirib.

Siyasətçi qeyd edib ki, Rusiya bir müddətdən sonra seçkilərdə istədiyi nəticəni alan Nikol Paşinyanın yenidən qərb istiqamətinə dönəcəyindən ehtiyat edir:

“Moskva Paşinyanın Qərbə tərəf dönməməsi üçün siyasətində bəzi geri dönməz dəyişikliklər etmək istəyər. Bioloji Təhlükəsizlik Memorandumu elə ABŞ biolaboratoriyaları və qərblilər üçün rəmzi məna daşıyan digər şeylərlə əlaqədar yaradılıb.

Rusiya neytral mövqe tutarsa, bu, Nikol Paşinyanın həm nisbətən çox olan populyarlığından, həm də administrativ resurslarından istifadə edərək qalib gəlməsini təmin edəcək. Moskva qərar verməlidir. Əslində bu, Rusiya nöqteyi nəzərdən Sergey Lavrovun İrəvanda hazırkı danışıqlarının mahiyyətini təşkil edir”.

Markovun sözlərinə görə, İrəvan isə bu məqamdan istifadə edib nəyinsə bazarlığını etməyə çalışırdı:

“Deyirlər ki, bəli, biz (Ermənistan) imzaladıq (10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar), lakin gəlin yenidən imzalayaq, statusu yada salaq, mina xəritələri ilə bağlı bazarlıq edək. Beləliklə, Rusiya və Ermənistanın iki fərqli gündəliyi var idi, lakin bu çox vaxt belə olur.

Və çox şey Sergey Lavrovun mövqeyinin sərtliyindən asılı olub və asılıdır. Əsas, bağlanmış müqavilələrə yenidən baxılması yox, İrəvanın onları necə həyata keçirməsidir”.

Son xəbərlər