Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyandan Qarabağla bağlı ağlasığmaz açıqlama: "Zəmanət verirəm ki, sabahdan..."

01.05.2018 17:55 20 720
Paşinyandan Qarabağla bağlı ağlasığmaz açıqlama:
Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək.

Bunu Ermənistan müxalifətinin lideri, "Yelk" parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

"Yüksək vəzifəli şəxslərin əmlakının rəsmən elan edilməsi sistemi elə dəyişdiriləcək ki, insanlar məmurların nə qədər sərvətə malik olduğunu bilsinlər. Zəmanət verirəm ki, sabahdan Ermənistanda inhisarçılıq olmayacaq və heç kimə idxal üçün qadağa qoyulmayacaq. Biz yeni qanunları qəbul etməyəcəyik, sadəcə qanunsuz qadağaları aradan götürəcəyik", - Paşinyan deyib.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu, həm də Dağlıq Qarabağ münaqişəsinin "ermənilərin xeyrinə" həlli üçün ilkin şərtləri yaradacaq.

"Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yoluyla həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq", - o bildirib.

Paşinyan parlament tribunasından elan edib ki, onun baş nazirliyi dövründə hamı qanun qarşısında bərabər olacaq.

///Publika.az

Son xəbərlər