Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi - FOTO

22.05.2018 14:23 4 804
Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi - FOTO
Bakıda “Avropa oyunları-2015” keçirilərkən Atletlər kəndindəki nəqliyyat deposunda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Saxinoviç 500 min avro məbləğində kompensasiya alıb.

Median.Az "virtualaz.org"a istinadən bildirir ki, bu barədə Avstriya KİV-i məlumat yayıb.

Xatırladaq ki, Atletlər kəndində qəza 2015-ci il iyun ayının 11-də səhər saatlarında baş vermişdi. Avtobus Avstiriyadan olan 15 yaşlı 3 üzgüçünü vurmuşdu. Bunlar Vanessa Saxinoviç, Luna Payer və Verena Breyt idilər.

Onlardan Saxinoviçin zədələri daha ağır və ciddi idi. Buna görə də o dərhal Vyanaya göndərilmişdi. Elə o vaxtdan da Vanessa əlil arabasında gəzməyə məhkum olub.

Avstriya nəşri “Kronen Zeitung” bildirir ki, 18 yaşlı idmançıya ombudsman Hünter Kroyter və idman naziri Xayns Kristian Ştraxe kömək ediblər. Sonuncu bu ilin yanvarında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla görüşüb və işə yeni impuls verib. Tezliklə razılaşma əldə olunub və keçən həftənin sonunda 500 min avro Vanessanın hesabına daxil olub.

"Bu onun ailəsi üçün, Avstriyanın Olimpiya Komitəsindən və bu ölkənin Üzgüçülük Federasiyasından alınan ödəmələrə əhəmiyyətli əlavədir", - deyə KİV yazır.

"Əlbəttə, biz əvvəlcə daha böyük kömək gözləyirdik, amma mən Bakının və sığorta şirkətinin, nəhayət, bizə ödəniş etmələrinə köməkli göstərdiklərinə görə hamıya minnətdaram. Vanessanın müalicəsi üçün bizə pul çox lazımdır", - deyə idmançısının anası Azra Saxinoviç deyib. Qız özü isə onu arzu edir ki, yenidən sərbəst gəzə bilsin.

Kompensasiya məsələsinə qayıdaraq, qeyd etmək lazımdır ki, Qalib İsrafilovun sözlərinə görə, faciədən sonra idmançının valideynlərinə bir milyon avro kompensasiya təklif olunub, amma onlar onun çox az olduğunu əsas gətirərək həmin məbləğdən imtina ediblər.

Bununla bərabər vurğulamaq lazımdır ki, qəzadan sonra Azərbaycan bütün zəruri tədbirləri gördü. Saxinoviçin təcili Vyanaya çatdırılması üçün təyyarə ayrıldı, həmçinin idmançının müalicəsi üzrə xərclər ödənildi. Ancaq Vanessanın ailəsi qəzaya görə kompensasiya və sağlamlığın bərpası üçün bütün xərclərin ödənilməsini tələb edirdi.

Onu da xatırladaq ki, hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin şöbə rəisi Hüseyn Salamov və "Təhlükəsiz şəhər" xidmətinin operatoru Elçin Həsənov saxlanılıblar. H.Salamov və V.Əhmədov 3 il, E.Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlardan başqa, Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da 3 il müddətinə şərti cəzaya məhkum edilib.

Son xəbərlər