Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis əcnəbiyə kömək etdi

27.07.2019 19:51 2 406
Polis əcnəbiyə kömək etdi
Polis “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana gələn Avstriya vətəndaşının içərisində sənədlər və pul olan pulqabısını taparaq sahibinə qaytarıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə festivalın üçüncü günündə baş verib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyunun polis kiçik serjantı Vəliyəddin Məmişov “Atletlər kəndi”ndə xidmətdə olan zaman yerdən tapdığı pulqabını götürüb və dərhal bu barədə tağım komandirinə məlumat verib.
O, təlimata uyğun hərəkət edərək pulqabını “Atletlər kəndi”ndə yerləşən “Tapıntı Bürosu”na təhvil verib. Təhvil-təslimdən sonra pulqabının Avstriya vətəndaşına məxsus olduğu və içərisində sənədlərlə birlikdə 280 avro olduğu məlum olub.

Qeyd edək ki, polis kiçik serjantı V.Məmişov bu ilin əvvəlindən daxili işlər orqanlarında xidmətə başlayıb.//ölkə.azскачать dle 11.3
Mojo.az Banner