Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Eyni vaxtda Bakının iki yerində sürüşmə – Video, Foto

21.05.2018 17:49 2 856
Eyni vaxtda Bakının iki yerində sürüşmə – Video, Foto
Səbail rayonunda ötən ilin sonundan başlayan sürüşmə artıq daha geniş ərazilərə yayılmağa başlayıb. Teleqüllənin cənub yamacında başlanan sürüşmə indi Buxta küçəsində davam edir.

“Qafqazinfo”nun əməkdaşları bu gün adıçəkilən ərazidə olublar. Belə ki, İbrahim Məmmədov 2-A küçəsində yerləşən 16 mərtəbəli binanın küncündəki sütun çökərək bina divarından aralanıb.

Sakinlərlə söhbətimizdə məlum oldu ki, bu bina 1986-cı ildə inşa edilib və həmin zaman bu sütunlar mövcud olmayıb. Təxminən 2 il öncə binanın aqlay daşlarla üzlənməsi həyata keçirilib. Bu zaman görüntünü pozmamaq məqsədilə binanın önünə sütunlar quraşdırılıb. Ötən ilin qış aylarında isə torpağın təxminən 20 sm çökməsi nəticəsində sütun binadan qoparaq aşağı düşüb. Eyni zamanda binadan 10 metr məsafədə yerləşən pilləkənlərin yan divarı çatlayıb.

Ərazidə yaşayanlar isə bunun səbəbini təbii proseslərdə yox, üzbəüz tikilən hündürmərtəbəli binada görürlər. Hələ tikintisi tam başa çatmayan “Zirvə Residence” bu 16 mərtəbəli yaşayış binasının tam qarşısında, yolun əks tərəfində tikilir. İddiaya görə, bu binanın tikintisi zamanı yerin qazılması və ağır tonnajlı yük maşınlarının mütəmadi hərəkəti yolun kənarının çökməsinə səbəb olub. Digər sakinlər kimi həmin binada yaşayan Tamara Mirzəyeva da bunu təsdiqləyib.

Bu ərazidə binanın sütununun çökməsi mübahisəli olsa da, bir qədər aralıda yerləşən fərdi evlər torpaq sürüşməsi nəticəsində tamamilə uçub. Buxta küçəsində yerləşən 17 və 19 F nömrəli Nağı və Nazim adlı şəxslərə məxsus yaşayış evləri mayın 15-də dağılıb. Həmin zaman evdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Evsiz qalan iki ailə hazırda qohum evlərinə köçüblər. Lakin sürüşmənin izləri digər evlərin divarlarına təsir edib. Bir neçə yerdə çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çatlar üzərində mayaklar quraşdırıblar. Mayın 15-də quraşdırılan mayaklar vasitəsilə sürüşmənin aktivliyi yoxlanılır. Hələ ki, həmin gündən bəri hərəkətlilik qeydə alınmayıb.

Lakin sürüşmə nəticəsində uçan evlər ərazinin kommunal xətlərində problemlər yaradıb. Bu gün səhər saatlarında sakinlər ərazidə tünd maye qaz qoxusu gəldiyini bildiriblər. Hazırda mütəxəssislər qaz sızmasının olub-olmadığını aydınlaşdırmaq üçün Buxta küçəsində araşdırma aparırlar.






Son xəbərlər