Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bayılda hündürmərtəbəli bina çökür

21.05.2018 14:59 1 874
Bayılda hündürmərtəbəli bina çökür
Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb.

Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 sm çöküb.

Ə.Qaralov qeyd edib ki, Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində vəziyyətin mütəmadi olaraq dəyərləndirilməsi üçün 11 mayak quraşdırılıb.

Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.

Teleqüllə sürüşmə sahəsindəki hazırkı vəziyyəti dəyərləndirən nazirlik rəsmisi əlavə edib ki, hazırda orada sürüşmə sahəsində stabil vəziyyət hökm sürür.

Qeyd edək ki, Bayıl yamacında - "Buxta 9” ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb.

Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir.

Son xəbərlər