Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Balıq ovu ilə bağlı cəzalar sərtləşdirildi - VİDEO

21.05.2018 16:39 2 995
Balıq ovu ilə bağlı cəzalar sərtləşdirildi - VİDEO
Qanunvericiliyə uyğun olaraq normativ aktlar çərçivəsində sentyabr ayının 1-nə kimi sənaye balıq ovuna qadağa qoyulub.

Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşı İsmayıl Yunusov deyib.

O bildirib ki, qadağanın əsas məqsədi balıqların sayının artırılmasından ibarətdir:

“Mayın 1-dən başlayaraq, sentyabr ayının 1-nə qədər bütün növ balıqların su hövzələrindən tutulmasına qadağa qoyulub. Qadağanın əsas məqsədi balıqların yaz-yay mövsümündə artma-çoxalma dövrünü nəzərə alaraq, dəniz və göllərdə onların sayının artırılmasıdır. Bu müddət ərzində bütün balıq ovu alətləri su hövzələrindən yığışdırılmalıdır”.

İ.Yunusov qeyd edib ki, qadağaya əməl etməyən şəxslər barəsində protokol tərtib edilərək, cərimə tətbiq olunacaq:

“Təkcə ötən ilin dörd ayı ərzində qanunsuz balıq ovu ilə məşğul olan 50 nəfər barəsində qanunamüvafiq şəkildə cəza tədbiri görülüb. Akta əsasən, qanunsuz balıq ovu ilə məşğul olanlara 2000 manatdan 3000 manatadək cərimə tətbiq ediləcək.

Əgər bu qanunsuzluq təkrarən baş verərsə, 3000 manatdan 6000 manatadək cərimə və yaxud iki il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq”.

Qurum rəsmisi bildirib ki, artıq bu kimi halların qarşısının alınması üçün əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Son xəbərlər