Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda balıq ovlayanlara xəbərdarlıq edildi - RƏSMİ

22.04.2020 22:40 1 398
Azərbaycanda balıq ovlayanlara xəbərdarlıq edildi - RƏSMİ
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olanlara xəbərdarlıq edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, bu ilin aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa qoyulacaq. Qadağa təbii su hövzələrində balıq ovuna şamil edilir.

Xəzər dənizi akvatoriyasında və Respublikanın digər sututarlarında balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar aprelin 27-dən sentyabrın 1-dək balıq ovuna qadağa tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərdən müəyyən olunan vaxtda və ərazilərdə balıq ovuna qoyulan qadağaya əməl etmələrini xahiş və tələb edir.

Sözügedən qadağa həvəskar balıqçılığa da şamil edilir. Qaydanı pozanlar növündən asılı olmaqla, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Vətəndaşlardan xahiş olunur ki, qadağa ilə bağlı pozuntular barədə İdarənin 012 433 38 02, 012 433 38 22 (faks) nömrələrinə məlumat versinlər.//oxu.az

Son xəbərlər