Mojo.az Banner
23:01 Şuşa şəhərində İlaxır çərşənbə qeyd olunub  |     22:53 Bakıda məşhur parklar TƏMİR OLUNACAQ  |     22:44 Binəqədidə güclü yanğın  |     22:39 Məşhurlar niyə mavi qələmlərlə avtoqraf vermirlər?  |     22:30 Qoşa Qala meydanında İlaxır çərşənbə qeyd olunub  |     22:21 İsrail "Bəsic" qüvvələrinə zərbələr endirib - VİDEO  |     22:16 Mingəçevirdə bayram tonqalı yanğına səbəb olub  |     22:06 Xaçmazda avtomobil vuran piyada öldü  |     21:58 Bu ərazilərdə işıq olmayacaq  |     21:50 Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı  |     21:44 Netanyahu: "Əli Laricanini məhv etdik"  |     21:37 DTX Prezidentin ailəsini şantaj edəni saxladı - Video  |     21:30 ABŞ İrandan yaxın zamanda çıxacaq - Tramp  |     21:23 "Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR  |     21:15 Sabah 12 mindən çox abonentin qazı olmayacaq  |     21:10 ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb  |     21:02 Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF  |     20:58 Azərbaycan çempionatında növbəti üç turun oyun cədvəli  |     20:51 Təcridxanaya ayaqqabının içərisində narkotik keçirmək istədi  |     20:44 Tbilisi prospektində yenilik  |    
Left Banner
Right Banner

Direktor məktəbdə qadın alt paltarı satır - FOTO

16.05.2018 17:18 9 766
Direktor məktəbdə qadın alt paltarı satır - FOTO
Hacıqabul rayon Kolani kəndinin orta məktəbinin direktoru təhsil ocağını şəxsi məqsədləri üçün istifadə edir. Kənd sakinləri və müəllimlərin Criminal.az saytına verdiyi məlumata görə, məktəbin direktoru Arifə Əliyeva həyat yoldaşı Həbib Əliyevlə birgə məktəb daxilində bazar açıb: ''Arifə və onun əri Həbib Əliyev məktəbin idman paltar dəyişmə otağını marketə çevirib. Üstəlik Əliyev ailəsi bu əməlini 7 ildir ki, yoxlanışa gələn Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Rayon Gigiyena İdarəsindən ustalıqla gizlədə bilir.

Dövlət qurumlarından yoxlama gələndə bu qanunsuz bufetin qapı və pəncərəsini bağlayırlar. Məktəbin bufetində zərərli qida məhsulları deyil, meyvə, süd məhsuları və s. yerləşdirilir. Ancaq bu məktəbin qanunsuz bufetində icazə verilməyən nə varsa satılır. Məktəblilər dondurmanı, cipsini vitrində görəndə könlündən keçir. Buna görə də, məktəb direktoru bu bufetdən yaxşı qazanc əldə edə bilir''. 



Şikayətçilər deyir ki, bir müddət əvvəl direktor ailə biznesini böyüdərək məktəbdə qadın alt paltarları satdırırmış: ''Bir ara qadın lasinaları satdırırdı. Böyük narazılıq yarandı, həmin malları oradan yığışdırdı. Aprelin 1-dən dondurma biznesi açıb. Hələ bilirsiniz uşaqlar üçün nə qədər ziyanlı qidalar satılır? Valideynlər rayon təhsil şöbəsinə şikayət etsələr də, reaksiya verilmir. Heç direktorun həyat yoldaşı Həbib Əliyev özü məktəbin işçisi deyil . O, Kür su kəməri idarəsinin ştatda olan işçisidir, ancaq işə getmək əvəzinə məktəbdə həyat yoldaşının biznesinə nəzarət edir, yerinə məktəb daxilindəki bazarı idarə edir. Həmçinin, valideynlər dəfələrlə Hacıqabul rayon Təhsil Şöbəsinə şikayət etsələr də, görünür şöbənin işçilərinin də burada marağı olduğu üçün açıq bazara göz yumurlar. Valideynlər övladlarının sağlamlığına zərər vuran qida məhsullarının məktəbdən yığışdırılmasını, direktorun məktəbə bazar deyil, təhsil ocağı kimi yanaşmasını istəyirlər.''.

Direktor Arifə Əliyeva Criminal.az saytına açıqlamasında məktəbdə bizneslə məşğul olmasını təkzib etdi: ''Bizim məktəbdə belə bir biznes yoxdur. Onu kim danışır? Bizim məktəbdə belə bir vəziyyət yaranmayıb, yalandan çıxarırlar. Kim bunu sizə deyibsə adını mənə deyin. Onların adını demirsinizsə, mən də sizə əlavə məlumat vermirəm''. 















Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
скачать dle 11.3
Mojo.az Banner