Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

DYP: VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” sürücülərinin nəzərinə

23.04.2018 18:19 6 807
DYP: VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” sürücülərinin nəzərinə
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə nəqliyyat vasitələrini texniki baxışdan keçirilməsi ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam etdiyi bildirilir: “VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddətinin yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilmişdir. Aprel ayının son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərir.

Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrini texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir.

Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

Son xəbərlər