Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram günlərində avtomobilləri texniki baxışdan keçirmək mümkün olacaq? - AÇIQLAMA

16.07.2021 13:51 1 977
Bayram günlərində avtomobilləri texniki baxışdan keçirmək mümkün olacaq? - AÇIQLAMA
Avtomobil sahibləri və sürücülər qarşıdan gələn bayram günləri ilə əlaqədar nəqliyyat vasitələrini texniki baxış şöbələrinin sürətləndirilmiş iş rejimində çalışmasından istifadə edərək, nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

O bildirib ki, Qurban bayramı ilə əlaqədar 2021-ci il iyul ayının 18-dən 22-dək qeyri-iş günləri olması, eyni zamanda bayram günlərində polisin gücləndirilmiş iş rejimində xidmət aparacaq:

“Bu günlərdə vətəndaşların asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həmin qeyri-iş günlərində də saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək. Avtomobil sahibləri və sürücülər fürsətdən istifadə edib nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”.скачать dle 11.3

Son xəbərlər