Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bakı Olimpiya Stadionunun qarşısında avtomobil tunelinin inşası yekunlaşmaq üzrədir

14.04.2018 13:55 2 090
Bakı Olimpiya Stadionunun qarşısında avtomobil tunelinin inşası yekunlaşmaq üzrədir
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi, Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.

Agentlikdən “Report”a verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.
Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalizasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib.

Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir. Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma yolların torpaq yatağının kipləşdirilməsi, tunel çıxış hissəsinin yanından keçməklə “Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun inşası işləri davam etdirilir. Köməkçi yolun uzunluğu 700 metr, eni isə 9 metr təşkil edir. Bu yolun köməkliyi ilə Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər sözügedən yol hissəsi vasitəsi ilə rahat və maneəsiz şəkildə “Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.

Ümumilikdə isə, tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdı. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Hava limanı istiqamətində gedə biləcəklər.Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər. Bu isə sıxlığın azalmasına gətirib çıxaracaq. Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər