Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Kiçik yaşlarından pul yığır, misilsiz sərvəti var, amma milyonçu olmaq istəmir

09.04.2018 21:40 2 019
Kiçik yaşlarından pul yığır, misilsiz sərvəti var, amma milyonçu olmaq istəmir
"Məndə elə pullar var ki, qazanc məqsədilə kolleksiya yığanları çox maraqlandırır"

O, pul toplamağa hələ 5-ci sinifdə oxuyanda başlayıb, yaşıdları əlinə düşənin "başına tez daş salsalar" da, ona verilən pulu xərcləməyib, kənarda saxlayıb. Yaşadığı rayonun sərhəddə yerləşməsi isə, hələ kiçik yaşlarından onun xarici ölkə valyutalarını əldə etmək həvəsini daha da artırıb. Bu gün 36 yaşı olmasına baxmayaraq, o, hələ də hobbisini davam etdirir.

Söhbət Qazax şəhər sakini Rəşad Əhmədovdan gedir. Müxtəlif dövlətlərin pul vahidlərini toplayan Rəşad bu işi hobbi olaraq həyata keçirir. Hazırda onun kolleksiyasında 40-dək ölkənin 1000-dən çox metal, 400-dən artıq kağız pulu yer alır.

Hobbisi barədə danışan kolleksiyaçı bir vaxtlar idmançı olaraq, hazırda isə məşqçi kimi getdiyi xarici ölkələrin yeni və qədim pul vahidlərini əldə etməyə çalışdığını deyir. Eyni zamanda dostlarının da ona çox kömək etdiyini bildirir.

"Uşaq vaxtı bu iş maraqlı gəldiyi üçün başladım, sonradan daha da həvəsim artdı. Xaricdə yaşayan qohumlar, dostlar da çox kömək edirlər. Hər hansı ölkəyə səfər edən dostlar həmin ölkələrin hazırda işlənən, yaxud qədimdə işlənmiş pul vahidlərini tapıb göndərirlər, beləliklə yavaş-yavaş kolleksiya da artır" — müsahibimiz danışır.

R.Əhmədov kolleksiyasındakı qəpikləri yığmaq üçün istifadə etdiyi albomları da ona Rusiyada yaşayan dostlarının alıb göndərdiyini deyir. Rəşadın kolleksiyasında, əsasən 18-ci əsrdən bəri buraxılan qəpiklər, həmçinin kolleksiyaçılarda rast gəlinən yubiley pulları, gümüş, mis və bürünc sikkələr yer alır.

Kolleksiyasında yer alan, çox az sayda çap edilmiş, bir çox amerikalıların evlərində suvenir kimi saxladığı 2 dollarlıq əsginas da maraq oyadır. Ölkəmizdə əlamətdar günlər, yubiley əsginasları və sikkələrinin olmaması haqqında danışan kolleksiyaçı Azərbaycanda da belə pulların buraxılmasını arzuladığını bildirir.

Kolleksiyaçı bəzən bir neçə qəpik əldə etmək üçün 100 manatdan çox pul xərclədiyini də deyir. Buna baxmayaraq, dəfələrlə istəyən olsa da, hələ heç bir eksponatını satmadığını bildirir.

"Məndə elə pullar var ki, qazanc məqsədilə kolleksiya yığanları çox maraqlandırır. Tez-tez zəng vururlar, tək-tək, yaxud hamısını satmağım üçün pul təklif edirlər, ancaq satmıram. Bunların hər biri mənim xatirəmdir", — deyir Rəşad Əhmədov.//Sputnik Azərbaycan

Son xəbərlər