Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 "Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?  |     22:57 "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?  |     22:50 İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı  |     22:45 Sabit tarifi necə ödəyəcəyik?- Video  |     22:36 Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək  |     22:28 Rusiyada azərbaycanlı müəllim xidmətlərinə görə mükafatlandırıldı  |     22:21 Patrik Andrade də "Qarabağ"dan getdi  |     22:15 Bakıda əcnəbilərin şok əməlləri: Hamilə qadın və əri iki nəfəri öldürmək istədilər  |     22:07 DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi keçirilib  |     22:01 Toyda Kəmalə Günəşli ilə məclis sahibi arasında DAVA: Xəsarət alan var - TƏFƏRRÜAT  |     21:53 Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma olub  |     21:23 Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfər edib  |     21:14 Çanaqqalada meşə yanır  |     20:59 Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq  |     20:53 Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:48 Nyu-Yorkda etiraz aksiyasında polis 80-dən çox şəxsi saxlayıb  |     20:41 Suriyada qadınlara çimərliklərdə burkini geyinmək tövsiyə edilib  |     20:36 Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki açıqlanıb  |     20:29 Sabah Rusiya və Ukrayna arsında növbəti əsir mübadiləsi baş tutacaq  |     20:21 DYP skuter sürənlərə xəbərdarlıq edib  |    

Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR (YENİLƏNİB)

12 yaşına çatmamış məcburi ərə verilən qızın hazırda 23 yaşı var.

Məlumata görə cənub zonasından olan həmin xanımın 14 yaşında ikinci hamiləlikdən dünyaya gətirdiyi oğlu isə doqquz yaşındadır.

Anasından fərqli olaraq oğlu məktəbə gedir. Çünki anası onun təhsilsiz olmasını istəmir.

Onu da öyrəndik ki, 11 yaşında ərə gedən xanımın hazırda heç bir sənəti və bacarığı yoxdur. Anası onu zorla öz bacısı oğluna ərə verib. Həmçinin anası öz qızını boşanmaq fikrinə düşdüyü üçün bacısı ilə düşmən etməkdə də ittiham edib. Boşanma məsələsində isə son qərar qəbul edilməyib. Qız boşanmaq istəsə də, məsələ açıq formada qalıb. Xanım hazırda övladı ilə birlikdə Bakıda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindədir.

* * * * * *

Kasıb ailədə böyüyən və məktəbə getməyən qızın 12 yaşına çatmamış məcburi ərə verilməsi məsələsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.

* * * * *

Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşına çatmamış məcburi ərə verilib.


"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün "Facebook" hesabında azyaşlının acı hekayəsini paylaşıb:

"Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.

Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir - doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir".

Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci övladını dünyaya gətirib:

"Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirib, amma nə uşaq ola bilib, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilib".

Mehriban Zeynalova hazırda sözügedən qızın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildiyini deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            825 25.11.24 17:43