Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

“Kişiliyi varsa, o məmurun adını çəksin...” - Namizədlərin QARŞIDURMASI

05.04.2018 12:51 2 342
“Kişiliyi varsa, o məmurun adını çəksin...” - Namizədlərin QARŞIDURMASI
Prezidentliyə iki namizəd arasında qarşıdurma başlayıb.

Sərdar Cəlaloğlu və Qüdrət Həssənquliyev arasında qarşıdurma bricinin qarşı tərəfi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə ittiham etməsi ilə başlayıb.

Buna cavab olaraq Q. Həsənquliyev Cəlaloğlunu aşağılayan açıqlama ilə çıxış edib. O, bildirib ki, ADP sədrinin ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər: “Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul ”atır". Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı”.

S.Cəlaloğlu isə musavat.com-a açıqlamasında Həsənquliyevin ona böhtan atdığını qeyd edib: “Deyirb ki, guya mən onun qəbulunda olmuşam və sair. Kişiliyi varsa, o məmurun adını çəksin və mənim onun qəbuluna getməyimi sübut eləsin. Sən kimsən mən sənin qəbuluna gəlim?! Mən heç sənin ağanın qəbuluna getməmişəm və getmirəm! Sən özünü nə hesab edirsən?! Boynu bükük vəziyyətdə dayanan sənin kimi olar ki, ipin başqasının əlindədir, həmin şəxsin qapısından ikiqat əyilib keçirsən. Boynunu elə sıxıb ki, yüksək vəzifədə təmsil olunduğun iqtidarın əleyhinə qarşında oturan Araz Əlizadə, Hafiz Hacıyev, Zahid Oruc ittihamlar yağdırır, təmsil olunduğun iqtidar xalqa xəyanətdə ittiham olunur, sənin cəsarətin çatıb bir kəlmə reaksiya verə bilmirsən, başını aşağı dikib dayanırsan. Halbuki o ittihamlar həm də sənə çatır. Çünki həmin hakimiyyətdə böyük vəzifədə olmusan. Sərdar Cəlaloğlu isə siyasi repressiyalardan, məhrumiyyətlərdən başı dik, alnı açıq çıxıb. Sərdar Cəlaloğlu kiminsə qapısında boyun bükən olsaydı repressiyalara, işgəncələrə məruz qalmazdı, Qüdrət Həsənquliyev kimi deputat olardı. Sərdar Cəlaloğlu 4 dəfə deputat seçilib, dördündə də parlamentə buraxılmayıb. Qüdrət Həsənquliyev isə heç vaxt deputat seçilməyib, lakin saxta mandatla deputat oturdulub. İndi bax gör boynu bükük kimdir. Mənə qarşı ətrafındakı bir neçə quyruq bulayanları qısqırdıb. Mən Qüdrət Həsənquliyev barəsində elə şeylər açıqlayaram ki, o, heç vaxt başını yuxarı qaldırıb kimsənin üzünə baxa bilməz. Azərbaycanda ən çox boynu bükük adam odur. Mən onun tayı deyiləm. Siyasi məsələləri şəxsi müstəviyə daşımasın. O özü bilir mən nəyi nəzərdə tuturam. Barəsində elə şeylər açaram ki, yerə girər! Bəsdir, ayıbdır”./xezernews.az

Son xəbərlər