Mojo.az Banner
12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Məmurun qardaşı qızına sataşan oğlana qarşı dəhşətli əməl - “Atlant” istirahət mərkəzində şok

20.04.2018 18:42 8 764
Məmurun qardaşı qızına sataşan oğlana qarşı dəhşətli əməl - “Atlant” istirahət mərkəzində şok
Qaradağ rayonunda dostunu qətlə yetirməkdə təqsirli bilinən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az-ın publika.az-a istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisədən bir neçə gün əvvəl Amal Zülfüqarov Xaçmazda "Atlant” istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb.

Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib.

Bu səbəbdən Amal Zülfüqarov ötən il avqustun 15-də Qaradağ rayonu, Qobustan qəsəbəsində kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşan Amal onun boyun və sinə nahiyəsinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək, yenidən Qismətə hücum edib.

Amal Zülfüqarov Qismətin ürək, boğaz, sinə və qarın nahiyəsinə ümumilikdə 35 bıçaq zərbəsi endirib.

Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Amal Zülfüqarov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, xuliqanlıq niyyəti ilə adam öldürüb.

Amal Zülfüqarovun sözlərinə görə, qətlə yetirdiyi Qismətlə dost olublar: "Hadisədən bir neçə gün əvvəl Qismət və daha iki dostu məni yerimdən götürərək, birlikdə "Atlant” istirahət mərkəzinə getdik. Bu zaman Qismətin mənə qarşı münasibətinin tam dəyişdiyinin şahidi oldum”.

Təqsirləndirilən şəxs deyib ki, Qismət yolda ona qarşı fərqli şəkildə davrandığını görüb: "Sözümü kəsirdilər, bəzən də məni danışdırmırdılar. Qismət də qayıtdı ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma sıxacaqlar. Mənim də ürəyimə xal düşdü”.

Amal Zülfüqarov qeyd edib ki, istirahət mərkəzində olan zaman Qismət ona tərs-tərs baxıb: "Qismətdən bu hərəkətlərinin səbəbini soruşdum. Bildirdi ki, yaxşı edirəm. Mən də uşaqlardan da səbəbini soruşdum. Onlar da heç nə demədi. Artıq mən də əsəbiləşməyə başladım”.

Təqsirləndirilən şəxs deyib ki, məsələni araşdırmaq üçün bir neçə dəfə Qismətlə danışmaq istəyib, amma ona tapa bilməyib.

Amal Zülfüqarovun ifadəsinə görə, bir dəfə Qismətlə rastlaşıb: "Həmin vaxt Qismət mənə dedi ki, get, evdə qazı aç, özünü öldür. Mən də səbəbini soruşdum. Dedi ki, hamının içində deyəcəm. Mən ona dedim ki, səninlə qardaş kimi olmuşam, amma mənə qarşı nəsə söhbət olsa, səni öldürərəm. Hamının içində də bunu dedim”.

Amal Zülfüqarov əlavə edib ki, növbəti dəfə Qobustan qəsəbəsində kafedə Qismətlə görüşüb: "Həmin sözü orada demək istədiyini söylədi. Amma orada olan Nicat Qismətə dedi ki, söhbəti açma. Bu hərəkət məni daha da əsəbiləşdirdi”.

Amal Zülfüqarov daha sonra ifadəsində kafedə baş verən davalarından danışıb. O bildirib ki, hadisə zamanı bıçaqladığı Haldun və Tələtlə dost olub: "Onlarla Çörək kəsmişəm, onlara zərbə endirməmişəm. Ola bilər ki, onlar məni aralayanda bıçaq zərbəsi dəyib”.

Cinayəti törədən Amal Zülfüqarov Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.
скачать dle 11.3
Mojo.az Banner