Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar |
Mojo.az Avto
Mojo.az Avto

"İlhaməni aldadıb, 30 mini almaq istəyirdi" - Orxanın dələduzluğunu açıqladı

18.10.2018 16:07 2 823
Əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb.

Müğənni "Bizimləsən" proqramında hazırda həbsdə olan Orxanın dələduzluğundan bəhs edib:

"İlhamə Quliyeva üçün mebel alanda 17 min endirim etdirdik. Özü incidi getdi ki, qiyməti baha idi. Türklər idi, tanımırdılar. Getdim onların yanına. Videomaterial apardım ki, o, çox böyük sənətçidir. Pul qazanan adam deyil, toylara getmir. Ev alan da 350 minə danışmışdı Orxan. Mən tapmışdım evi. Həmin gecə toyda idim, getdilər baxdılar evə. İlhamə xanım dedi ki, toydan çıxanda mənə zəng et. Dedim, Firuzə xanımla yol gəlirik. Dedi, 350 minə dedilər evi. Həmin vaxt 200 mini məndə idi, saxlamağa vermişdi. Bankda inflyasiyadan qorxdu, çıxartdı verdi mənə. 150 min də özündə idi. Dedi, pul çatır, elə 350 minə alarıq. Dedim, darıxma evin sahibini tapaq.

Getdim tapdım. Dedi, 350-yə deyirlər, amma aşağı etmək olar. Orxanla makler dedi ki, ev həll olub. Mən də İlhamə xanıma dedim ki, gözünüz məndə olsun, evin sahibi ilə danışmışam. Makler məni çəkdi kənara, arxasınca da Orxan gəldi. Dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, o pulu necə bölsəz özünüz bilərsiz. Amma o sizə çatmayacaq, mənə də lazım deyil. Orxana dedim ki, sən necə gedirsən bu işə? Dedi, mən yox, makler gedir".

///Axşam.az

Son xəbərlər