Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda yaşayan dənizçi ailələri qorxu içindədir: Qəzalı bina hər an uça bilər - VİDEOREPORTAJ (FOTOLAR)

03.04.2018 18:39 3 025
Yasamalda yaşayan dənizçi ailələri qorxu içindədir: Qəzalı bina hər an uça bilər - VİDEOREPORTAJ (FOTOLAR)
Yasamal rayonunun Seyfəddin Dağlı küçəsindəki 23 saylı qəzalı binanın sakinləri qorxu içindədirlər. Ötən əsrin 60-cı illərində inşa olunan binanın hazırki vəziyyəti acınacaqlıdır. Burada yaşayan ailələrin əksəriyyəti sovet dövründən fəaliyyət göstərən dənizçilər olub.

Bu səbəbdən də Sovet hökuməti dönəmində həmin işçilərə  bu bina müvəqqəti məskunlaşmaq verilib. İşçilər 50 il öncə ev növbəsinə yazılsalar da, liman ləğv olunduqdan sonra bu arzularına çata bilməyiblər. Bu səbəbdən də qeyd etdiyimiz ünvanda yaşamağa məcbur qalıblar.

Sakinlər deyir ki, bir neçə ildir binanı hansısa tikinti şirkəti tərəfindən söküləcəyi barədə xəbərlər dolaşsa da, bu istiqamətdə hər hansı iş görülməyib: “Bu bina “İtalyan” proyektidir və burada liman işçiləri yaşayıb. Hazırda da həmin ailələrin böyük əksəriyyəti burada qalır. İki ay əvvəl adını bilmədiyimiz bir şirkətin nümayəndələri gəlib  binaya baxış keçirdilər. Binamızın yaxınlığında daha 3 qəzalı bina var ki, onların da sakinlərini bir yerə toplayıb iclas keçirdilər. Hər kəsin rəyinin öyrənməyə çalışırdılar. Tikinti şirkətinin nümayənələri bizə bildirdilər ki, yaxın zamanda sizin bina söküləcək. Sakinləri kirayələrə köçürəcəklər və  binaların yerində iki il müddətində yeni bina tikiləcək. Həmin müddət ərzində ailələrə 300-350 manat civarında kirayə pulu da veriləcək. Tikinti şirkətinin təklifini bəzi sakinlər qəbul etsələr də, bəziləri razılaşmadı”.

Sakinlər deyir ki, əksəriyyəti binalarını sökəcək olan şirkətə etimad etməyiblər: “Şirkət bizə vəd verir ki, iki müddətində yeni bina tikiləcək. Ancaq hər gün bir şirkət iflasa uğrayır. Tutaq ki, biz evimizdən çıxdıq, bina söküldü. Bir müddət sonra şirkət işini yarımçıq qoydu, “bankrot” oldu. Kim bizə evimizi qaytaracaq. Biz hər hansı özəl şirkətə etibar etmirik. Bizə İcra Hakimiyyəti və yaxud Nazirlər Kabinetinin  sənədi verilsin, bu qurumlar cavabdehlik daşısınlar. Tikinti şirkəti özünün tərtib etdiyi sənədi gətirib verməklə, öz möhürünü vurmaqla iş bitmir”.

Sakinlərlə həmsöhbət olduğumuz zaman aydın oldu ki, əksər mənzil sahibləri evlərini özəlləşdiriblər. Buna baxmayaraq bu özəlləşdirməyə söküntü zamanı heç bir fərq qoyulmur: “Mənim mənzilim digər mənzillərdən böyükdür. Həm də evimi özəlləşdirmişəm. Bunun üçün çox çətinliklər çəkmişəm, ancaq  nail olmuşam , hər bir sənədim var. Lakin burada çox evlər özəlləşdirilməyib. Tikinti şirkətinin nümayəndələri isə deyirlər ki, buna fərq qoyulmayacaq. Düşünürəm ki, bu, doğru deyil”.

38 ildir ki, bu binada yaşayan Kifayət Qədimova liman işçilərinin haqsızlıqla qarşılaşdığını dilə gətirdi: “1980-ci ildə ailə qurmuşam. Yoldaşım 50 il dənizdə işləyib. 38 ildir ki, mən buraya gəlin gəmişəm, burada yaşayıram. Yoldaşım Səbail  rayonunda yerləşən gəmi təmiri zavodunda çalışırdı. Həmin zavodun rəisi köhnə işçiləri çıxarıb, öz adamlarını işə qoydu. Yəni, yoldaşıma haqsızlıq oldu. O, ailə üzü görməyib, hər zaman dənizdə olub, quruya həsrət qalıb. Lakin bunun müqabilində ev görmədi. Rəhmətə gedənə qədər də deyirdi ki, mən siz burada necə qoyub gedim. 50 il ərzində mənzil növbəsinə dayandı, lakin bir otaq da verilmədi.  Bir neçə dəfə rəisin qəbulunda oldum, ev növbəsində olduğumu dedim. Lakin məni başından elədi. Bu məsələ ilə bağlı iş məhkəməyə getdi, həmin məhkəmə də müdiriyyətin xeyrinə qərar çıxardı. 40 ilə yaxındır ki, uşaqlarımla darısqal bir otaqda qalıram. Məcbur olub, mətbəxi də otağa birləşdirdim. Başqa cür yaşamaq mümkün deyildi. Hamam və ayaqyolu bir yerdədir. Hər ikisi ümumilikdə heç 2 kvadratmetr deyil”.

Həmsöhbətim olan sakinlər deyir ki, bina artıq ömrünü başa vurub və hər an uça bilər: “Neçə dəfə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Binanın qəzalı durumda olan yerlərini möhkəmləndiriblər. Lakin yenə də hər an təhlükə ilə qarşılaşa bilərik. Heç kim bizim təhlükəsizliyimizə cavabdehlik daşımır. Sökəcəyik deyirlər, ancaq hələ ortada bir əməl yoxdur. Gözləyirlər ki, bina aşsın, ondan sonra əl-ayağa düşsünlər?”//musavat.com



















Son xəbərlər