Mojo.az Banner
14:49 TƏBİB-in rəhbəri baş həkimi işdən çıxardı - FOTO  |     14:43 Güclü zəlzələ Yaponiyada 13 nəfərin həyatına son qoydu  |     14:35 Portuqaliyada "itkin düşən" azərbaycanlı tapıldı - Telefonu işləmirmiş  |     14:27 Ətin qiyməti bahalaşıb - Video  |     14:08 "E-manat"ın sahibinin dövlətə külli miqdarda borcu yaranıb  |     14:05 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     13:55 Sabahdan bu ərazilərdə qaz olmayacaq  |     13:34 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     13:17 Teatr direktoru VƏZİFƏSİNDƏN GETDİ  |     13:04 Gürcüstandan Azərbaycana qayıtmaq istəyənlər üçün vacib açıqlama – ADY-dən rəsmi cavab  |     12:42 Hansı cinsi davranışlar normal, hansıları təhlükəlidir? – Psixoloq izah edir  |     12:34 Bakıda küçədə meyit tapıldı  |     12:15 Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ  |     12:08 Abşeronda üçaylıq körpə boğulub öldü  |     11:55 Əməkdar məşqçi VƏFAT ETDİ - FOTO  |     11:49 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib  |     11:44 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     11:39 Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir  |     11:33 Dünya bazarında neft BAHALAŞDI  |     11:26 Pavel Durov beynəlxalq axtarışa verildi  |    
Left Banner
Right Banner

Mikayıl Müşviqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm" - AÇIQLAMA

13.03.2018 21:44 2 323
Mikayıl Müşviqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm
“Mikayıl Müşviq bizim dəyərli şairimizdir. Şeirləri zəif olsa da. Mən onun şəxsiyyəti haqqında heç vaxt heç yerdə artıq-əskik nəsə deməmişəm. Statusun da onun şəxsiyyətinə heç bir aidiyyəti yoxdur. Bir şair kimi həmkarımın yaradıcılığına münasibət bildirmişəm”.

Bu fikirləri sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşviq haqqında qalmaqallı status yazan şair Elşad Barat İnterpress.az-a açıqlamasında bildirib.

E.barat qeyd edib ki, əslində, həmin statusu yazmaqla böyük şairi təhqir etmək sitəməyib. O, həmçinin statusu yazmağının səbəbindən də danışıb: “Şeirlərini, kitablarını oxudum. Gördüm ki, imzası ilə yaradıcılığı arasında fərq var. Həmin statusu yazmağım səbəb də elə bu oldu. Düzdür, biraz sərt şəkildə yazmışam. Özüm də sonradan gördüm ki, kobudcasına yazmışam. Mənim Mikayıl Müşviqin şəxsiyyəti ilə heç bir problemim yoxdur. Ola bilər ki, həmin günü müəyyən qədər spirtli içki qəbul etmişdim, kobudluğa bu səbəb ola bilər. Amma içkinin o statusu yazmağıma heç bir dəxli yoxdur. Səhvim odur ki, araşdırma aparmadan sərt şəkildə yazmışam. Sadəcə, bir şair olaraq, onun yaradıcılığını yumşaq şəkildə tənqid edə bilərdim. Mən əslində, statusda Mikayıl Müşviqi təhqir etməmişəm. Çünki, statusu normal şəkildə oxuyanda başa düşülür ki, mən onun yaradıcılığını tənqid etmişəm”.

E.Barat statusda qeyd etdiyi “Qıjı” sözünə də aydınlıq gətirib. O bildirib ki, “Qıjı” sözü təhqir hesab olunmur: “Qıjı” sözünü “google”dan da axtarıb mənasına baxa bilərsiz. Bu söz normal insan düşüncəsindən aşağı deməkdir. Yəni, demək istəmişəm ki, onun yaradıcılığı normadan biraz aşağıdır. Normaldan biraz aşağı isə təhqir hesab olunmur”.

Eyni zamanda, E.Barat oxuculardan üzr istəyib: “İlk növbədə, özüm özümü qınayıram ki, sən niyə belə sərt şəkildə yazmısan? Bu statusumu sərt qəbul edib yanlış düşünən oxuculardan üzr istəyirəm. Mikayıl Müşviq haqqında kobud status yazdığıma görə də hər kəsdən üzr istəyirəm”.

“Mikayıl Müşviqin heykəlindən, onun ruhundan üzr istəməyi düşünürsünüzmü?” sualımıza E.Barat belə cavab verib: “Üzr istəmək üçün Mikayıl Müşviqin daş heykəlinin yanına getməyə ehtiyyac yoxdur. O, bizim şairimiz kimi, dəyərimiz kimi qəlbimizdədir. O, Azərbaycan poeziyasında, ədəbiyyatda dərin kök salmış bir şəxsdir. Mənim kimi adi bir gəncin Müşviq haqqında yazdığı statusu bu qədər rezonans doğurmamalıydı. M.Müşviqin ruhu bu dəqiqə başımın üzərində dayanıb deyir ki, Elşad Barat, çox sağol ki, məni yada saldın. Onun şair ruhu mənə elə gəlir ki, məndən inciməz. M.Müşviq, əgər, bu gün sağ olsaydı, sosial şəbəkələrdə ağızlarını köndələn qoyub danışanlara baxıb gülərdi. Ona görə ki, həmin adamlar ömürləri boyu M.Müşviqin 3 dənə şeirini ard-arda oxumayıblar. İndi gəlib dərs keçirlər”.скачать dle 11.3
Mojo.az Banner