Mojo.az — elanlar
Son Xəbərlər
21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənc şair Mikayıl Müşfiqi təhqir etdi – FOTO

13.03.2018 13:39 7 435
Gənc şair Mikayıl Müşfiqi təhqir etdi – FOTO
Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm.

Bunu öz “Facebook” statusunda Elşad Barat adlı gənc şair yazıb.

E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin - red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür.

“Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub.

Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz.

Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E. Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib.

Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E. Baratı boykot etməyə çağırıblar.

Tanınmış ziyalı, yazıçı-dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

“Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq.

İkincisi də, ölənlərin ruhuna toxunmayın”./oxu.az




Son xəbərlər