Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən Mikayıl Müşfiqin büstünün aşırılmasına - REAKSİYA

02.10.2019 17:24 3 362
Nazirlikdən Mikayıl Müşfiqin büstünün aşırılmasına - REAKSİYA
Vəziyyətindən asılı olamayaraq, Mikayıl Müşfiqin büstünün bu cür götürülməsi o qədər də xoş hal deyildi.

Bu sözləri Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırılmasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, nazirlik büstün götürülməsinə razılıq verib:

“Mikayıl Müşfiqin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən parkdakı büstü 1990-cı illərdə qoyulub. Böyük şairin xatirəsinə ucaldılan, vaxtilə gibs və betondan hazırlanan büst qeydiyyatda olan tarixi abidə deyildi. Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar cəmiyyətə dəqiqləşdirilməmiş formada çatdırılır.

Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyinə müraciət olunub.

Müraciətdə həmin parkda əsaslı təmir-bərpa işlərinin aparılacağı və demək olar ki, baxımsız vəziyyətdə qalan büstün götürülməsi və yerinə qranit materialdan daha gözəl və keyfiyyətli büstün hazırlanması təklif olunub.

Nazirlik bu müraciətə müsbət cavab verib. Bir məqam var ki, büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq, yayılan videogörüntülərdə əks olunan şəkildə götürülməsi xoş olmayıb. Amma bir məqam da var ki, o, büstü başqa formada götürmək olmurdu.

Parkda aparılacaq təmir-bərpa işləri yekunlaşdıqdan sonra böyük şairimiz Mikayıl Müşfiqin xatirəsinə daha keyfiyyətli görünüşlü büstü hazırlanacaq. Yenə qeyd edirəm ki, nazirlik büstün götürülməsinə müsbət cavab versə də, büstün videogörüntüdə əks olunan tərzdə götürülməsindən təəssüf hissi keçirir”.

Xatırladaq ki, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki parkda şair Mikayıl Müşfiqin abidəsi ekskavatorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.
/oxu.az/скачать dle 11.3

Son xəbərlər