Mojo.az Banner
13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |     11:58 Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət  |     11:56 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video  |     11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |     11:51 3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?  |     11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış iş adamı “Bank of Baku“nu saxtakarlıqda ittiham edi

12.03.2018 11:32 2 805
Tanınmış iş adamı “Bank of Baku“nu saxtakarlıqda ittiham edi
Azərbaycanın tanınmış sahibkarlarından biri, iri şərab istehsalçısı olan "Tovuz-Baltiya"nın sahibi Naiq Məhəmmədhəsənov "Bank of Baku"nu onun şirkətinə qarşı saxtakarlıq etməkdə günahlandırıb.

Sahibkar bildirib ki, bir qədər əvvəl "Tovuz Baltiya" şirkəti "Bank of Baku"nun xətti ilə Sahibkarlığa Yardım Fondundan güzəştli kredit göütürüb. Kreditin şərtlərində ilk iki ilin güzəştli (həmin müddətdə kredit üzrə yalnız faizlər ödənilir) olması nəzərdə tutulsa da, "Bank of Baku" artıq 7 aydan sonra kredit üzrə gecikmə olduğunu bildirərək şirkətə faizlər hesablamağa başlayıb: "Biz krediti 5 illik götürmüşük, bunun ilk iki ili güzəştli idi. Amma bunlar hələ 6 ay tamam olmadan, bizim guya krediti gecikdirdiyimizi bildirərək hesablarımızdan qanunsuz pul çıxmağa başlaıblar".

N.Məhəmmədhəsənovun sözlərinə görə, bu vəziyyətdən sonra şirkətin hesablarından iri məbləğdə vəsaitlər tutulmağa başlayıb: "Onlar heç br sərəncam olmadan, tamamilə özbaşına olaraq, hesablarımızdan 350 min manat, 200 min manat və sair məbləğlərdə pullar siliblər".

Cavabında "Tovuz Baltiya" şirkəti "Bank of Baku"nu məhkəməyə verib və ilk ki instansiyada ona qalib gəlib. Ali Məhkəməyə qədər davam edən məhkəmə çəkişməsində işin yenidən araşdırılması qərara alınıb: "Məsələ 510 gün araşdırılıb, hələ yenə araşdıracaqlar, baxmayaraq ki, əlimizdə 4 ekspert rəyi var. Əslində Ali Məhkəmə o qətnaməni qüvvədə saxlamalı idi."

Dünyanın 10-dan artıq ölkəsinə məhsullarını ixrac edən şirkətin rəhbəri bildirir ki, bu hadisədən sonra «Bank of Baku» ilə əməkdaşlığı birdəfəlik dayandırıb və tanıdığı iş adamlarına həmin bankla əməkdaşlıq etməməyi tövsiyə edib: "Müştərinin mənafeyini qorumayan bankla əməkdaşlıq etmək yersizdir". Ən maraqlısı odur ki, həmkarları N.Məhəmmədhəsənovun "Bank of Baku" il əməkdaşlığına təəccübləniblər: "Mən deyəndə ki, həmin bankın müştərisiyəm, onlarla işləyirəm, mənə gülürlər, bildirirlər ki, bu ən dələduz bankdır".

"Tovuz Baltiya"nın rəhbəri bildirir ki, "Bank of Baku" ilə məhkəmə çəkişməsi onun biznesinə və xaricə mal ixracı ilə bağlı fəaliyyətlərə böyük maneələr yaradıb: "Bu məhkəməyə görə bizim vəsaitlərimiz araşdırılır, pullarla əməliyatlarımıza çətinliklər yaradılır və s. Nəticədə vaxtımız itirilir, xaricə çıxa bilmirik, qonaq dəvət edə bilmirik və s." (FED.az) скачать dle 11.3
Mojo.az Banner