Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

"Kapital Bank" vətəndaşın xəbəri olmadan kredit ayırıb? - İDDİA

16.07.2024 22:24 897
Vətəndaş Aysel Sahib qızı Xəlilova Kapital Bank tərəfindən aldadıldığını iddia edir. 
 
O, Pravda.az-a ünvanladığı şikayətdə bildirib ki, 2021-ci ildə “Kapital Bank”dan təklif edilən kredit əsasında 500 manat kredit götürüb və krediti vaxtında ödəsə də, bəzi aylarda adına gecikmə düşüb. 
 
2024-cü ildə vətəndaşa deyilib ki, onun Banka 400 manat borcu var. A.Xəlilova iddia edir ki, Bankın Xalqlar Dostluğu filialının mütəxəssisi T.Xəlilov onun adına istehlak krediti ayırıb. A.Xəlilova bu barədə ərizədə heç bir imzası olmadığını, özünün isə heç yerdə işləmədiyini deyir. 
 
Maraqlıdır, işsiz olduğu halda vətəndaşa kredit necə ayrılıb? 
 
İşə Nəsimi Rayon Məhkəməsində baxıldığını, prosesinin davam etdiyini deyən A.Xəlilova iddia edir ki, Bank məhkəməyə özünün də xəbərsiz olduğu sənədlər təqdim edir: 
 
“Qarşı tərəf məni səhv çıxarmaq üçün hüquqşünasla iş görür. Mən isə müdafiəsizəm. Xahiş edirəm, köməklik göstərin. Cənab Prezident İlham Əliyevə, Milli Məclisə müraciət etmişəm. Məhkəməni uduzmağım üçün Bank məhkəməyə daha əvvəl xəbərim olmayan sənədlər təqdim edir. Bank tərəfindən mənə zənglər gəlir, qorxudurlar...” 
 
Məsələni dəqiq araşdırmaq üçün "Kapital Bank"a iyulun ayının 10-da sorğu ünvanlanıb, lakin mövqe bildirilməyib.

Son xəbərlər