Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid qızını öldürən biznesmen oğlunun sürücüsü yalan ifadə verib

06.02.2018 20:02 5 415
Şəhid qızını öldürən biznesmen oğlunun sürücüsü yalan ifadə verib
Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib.

Median.Az
Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Yol Polis İdarəsinin əməkdaşı Yasin Abbaslı ifadə verib.

O bildirib ki, hadisə zamanı Bayraq Meydanı istiqamətində xidmətdə olub. Hadisə baş verən zaman oraya yollanıb və yol hərəkətinin tənzimləməyə başlayıb: “Hadisə yerində bir nəfərin yol kənarında dayandığını və ağladığını gördüm. Bir neçə nəfər də mülki geyimli şəxs var idi. Mən hadisəni törədən şəxsi orada gördüm. Ona bildirdim ki, kənarda dayansın. Çünki ola bilərdi ki, zərərçəkmişin yaxınları gələrdi və mübahisə yaranardı. Onların təhlükəsizliyi baxımından belə bir addım atdım və yol kənarında dayanan 254 nömrəli yol polisi maşınının yanına göndərdim”.

Sualları cavablandıran polis əməkdaşı söyləyib ki, qəzanı törədən şəxsin üzərində sürücülük vəsiqəsi və maşının sənədləri olmayıb.

Şahid Yasin Abbaslı onu da deyib ki, hadisəni törədən şəxsin naməlum şəraitdə oradan uzaqlaşması ilə bağlı xidməti yoxlama da aparılıb. O və digər polis əməkdaşlarına töhmət verilib.

Məhkəmədə şahid qismində Rəhimovlar ailəsinin sürücüsü olan Əmrulla Şahbazov da dindirilib.

Bildirilir ki, hadisə baş verən zaman qəzanı törətdiyini Əmrulla Şahbazov öz üzərinə götürmək istəyib və istintaqa belə ifadə verib.

Əmrulla Şahbazov məhkəmədə deyib ki, Rəhim maşını ondan istəyib: “Mənə dedi ki, ad gününə gedəcək. Atasına demədiyim üçün vermək istəmədim. Amma sonra verdim. Axşam zəng elədi ki, qəza törədib. Mən gedib müstəntiqə dedim ki, qəzanı özüm törətmişəm. Qorxumdan belə etdim. Çünki maşını atasından icazəsiz Rəhimə mən vermişdim. Amma müstəntiq dedi ki, maşını Rəhim sürüb”.

Əmrulla Şahbazov bildirib ki, hadisə yerinə gələn zaman Rəhimi görməyib. Amma məhkəmədə məlum olub ki, o, istintaqda Rəhimi hadisə yerində gördüyünü deyib: “Mənə ağ vərəq verdilər. Ona imza çəkdim. Mən oxuya bilmirəm”.

Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.

R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Son xəbərlər