Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid qızını avtomobillə vurub öldürən iş adamının oğlunun vəsatəti təmin edilmədi

02.04.2018 20:26 2 783
Şəhid qızını avtomobillə vurub öldürən iş adamının oğlunun vəsatəti təmin edilmədi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.

O bildirib ki, məhkəmə istintaqı zamanı iş üzrə ifadə verən şahidlər təqsirləndirilən şəxsin hadisə yerindən qaçmadığını bildiriblər. Vəkil şəxsin hadisə zamanı psixoloji sarsıntı keçirməsi, bununla bağlı psixoloji ekspertizanın təyin edilməsi və məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə verilən vəsatəti təmin etməyib.

Məhkəmədə məlum olub ki, R. Rəhimovun işinə yeni vəkil qoşulub. O, cinayət işindəki bəzi sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə məsələyə münasibət bildirmək üçün fasilə elan edib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee" markalı avtomobillə vurularaq öldürülüb. 1975-ci il təvəllüdlü K. Əkbərovanı "Jeep Grand Cherokee" markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.скачать dle 11.3

Son xəbərlər