Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid qızını vurub öldürən biznesmen oğlunun cəzası yüngülləşdi

17.08.2018 18:35 3 626
Şəhid qızını vurub öldürən biznesmen oğlunun cəzası yüngülləşdi
Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovla bağlı yeni qərar verilib.

Median.Az
-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Rəhimov cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisində çəkəcək.

Xatırladaq ki, məntəqə tipli cəzaçəkmə müəssiləri açıq rejimlidir, məhkum istənilən zaman müəssisədən çıxıb evinə, istənilən digər yerlərə gedə bilir.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.

Son xəbərlər