Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Formula-da yeni sürücümüz debüt edə bilər (VİDEO)

06.02.2018 15:49 4 840
Formula-da yeni sürücümüz debüt edə bilər (VİDEO)
Cavidan Əlizadə testlərdə iştirak etmək üçün Malayziyanın Sepanq trasına yollanıb və məşqçilərin onun barəsində ilkin rəyi müsbətdir.

Median.Az
F-1.az-a istinadən xəbər verir ki, 22 yaşlı həmyerlimiz Cavidan Əlizadə kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb. Kuala Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən Cavidan F4 Asia seriyasının testlərində iştirak etməyə dəvət olunub. Dünənki testlərdən sonra Cavidan saytımıza eksklüziv müsahibə verib…

Cavidan Əlizadə: “Əslində Avropada təcrübəmi artırmağı düşünürdüm. Amma keçən ilin noyabrında Bakıda səfərdə olan Daniel Rikkardo ilə görüşüm zamanı onun dəyərli məsləhətinə qulaq asmağı qərara aldım. Daniel mənə Asiyaya və ya Avstraliyaya üz tutmağı məsləhət gördü. Mən də internetlə axtardım, cənab Tomsonla əlaqə qurdum və dəvətini qəbul edərək, Kuala Lumpura gəldim.

Fiziki hazırlığımı yoxladılar və çox razı qaldılar. Dünən isə trasda ilk testlərə qatıldım. Elə ilk cəhdimdən maşına dərhal öyrəşdim. Hər dövrə nəticələrimi də yaxşılaşdırdım. Hazrda mühəndislərlə iş prinsipini öyrənirəm. Əgər normal nəticələr göstərsəm, böyük ehtimalla bu seriyada yarışacam.

Əlbəttə, hər bir sürücü kimi mən də nə vaxtsa ölkəmizi Formula1-də təmsil etmək barədə düşünürəm…”

Xatırladaq ki, əvvəlki iki mövsümdə Azərbaycanı F4 və F3 seriyalarında təmsil edən Gülhüseyn Abdullayevin karyerasının davamı barədə hələlik heç bir məlumat yoxdur…

Son xəbərlər