Mojo.az Banner
18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bibisioğlunu öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

17.05.2019 14:40 4 291
Bakıda bibisioğlunu öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib
Ali Məhkəmədə Masallı rayon sakini Cavidan Seyfullayevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Median.Az
xəbər verir ki, 2016-cı il mayın 8-i gecə saat 2 radələrində Xətai rayonunun M.Hadi küçəsi, 68A ünvanında, "Həzi Aslanov" metrostansiyasının yanında baş vermiş dava zamanı naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi (1977-ci il təv.) bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən qaçıb. Səhərisi gün Xətai RPİ və rayon prokurorluğu əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub. Məlum olub ki, öldürülən şəxs onun bibisi oğludur.

Həmin axşam Cavidan Seyfullayev Musa Nurullayevlə kafelərdən birində yeyib-içib, sonra isə oradan çıxaraq metronun qarşısında gəzişiblər. Sərxoş qardaşıların şit zarafatları biri-birlərinin xoşuna gəlməyib, mübahisə zamanı Cavidan bıçaqla Musanı döş qəfəsindən yaralayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya Məhkəməsi C.Seyfullayevin apellyasiya şikayətini təmin etməyib.

Bundan sonra məhkum Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmə kassasiya şikayətini araşdırıb qərara gəlib ki, onun şikayəti təmin edilməsin.скачать dle 11.3
Mojo.az Banner