Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Fikrət Qocanının oğlunu öldürən şəxs barəsində verilə protest təmin edilmədi

19.09.2018 13:44 4 857
Fikrət Qocanının oğlunu öldürən şəxs barəsində verilə protest təmin edilmədi
Ali Məhkəmədə Sabirabad rayon sakini Elnur Nəhmətovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına görə, ötən il martın 11-i gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Bakı şəhər sakini, 54 yaşlı Yalçın Qocayevə, baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Aldığı xəsarətdən Yalçın Qocayev hadisə yerində ölüb. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Yalçın Qocayev həmin binada tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla yeyib-içib. Aralarında baş verən mübahisə zamanı Elnur Nəhmədov ona ölümünə səbəb olan zərbələr endirib.

Nəsimi rayon prokurorluğu E.Nəhmətova CM-nin 120.2.2.(xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), digər şəxslərə isə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəhmətov 5 il, Ruslan Məmmədov 2 il 6 ay və Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum olunublar. Qeyd edək ki, məhkəmə Nəhmətovun əməlini CM-nin 120.2.2-ci maddəsindən 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verərək, Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxslər də apellyasiya şikayətləri veriblər. Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər məhkumlar isə barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə protest və şikayətlər təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

Bundan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.

Ali Məhkəmə işin hallarını araşdıraraq, prokurorun protestini təmin etməyib.скачать dle 11.3
Mojo.az Banner