Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

53 yaşlı kimsəsiz qadın küçələrdə qalıb: “Mən yetiməm, məni də çəkin” - VİDEO, FOTOLAR

05.02.2018 18:52 4 087
53 yaşlı kimsəsiz qadın küçələrdə qalıb: “Mən yetiməm, məni də çəkin” - VİDEO, FOTOLAR
Səbail rayonu, Bayıl qəsəbəsində tamam başqa bir mövzu ilə bağlı çəkiliş apararkən bizə yaxınlaşdı. Kövrək halda "mən yetiməm, məni də çəkin” deməsi diqqətimizi çəkdi və əl saxlayıb 53 yaşlı kimsəsiz qadın, səhərlər ac-yalavac gəzən, gecələri küçələrdə yatan Fatma Məmmədovanın dərdini dinləməyə çalışdıq.

Tənha qadının ilk sözləri belə oldu: "Qardaşım, bacım məni atıb. Heç kimim yoxdur. Çöllərdə qalmışam. İnanmırsansa, gedək, yaşadığım yerləri göstərim...”. Evsiz- eşiksiz yaşlı bir adamın soyuq qış günündə harada gecələməsi bizi maraqlandırmaya bilməzdi. Onun arxasınca düşüb, yaşadığı yerləri gəzdik. Əlbəttə gördüyümüz an bizi dəhşətə gətirən mənzərə ilə "yaşamaq” sözü bir cümləyə sığa bilməzdi. Uçuq-sökük, yarıtmikili, üstünün damı belə olmayan daldanacaqlarda yerə karton sərərək yatan Fatma Məmmədovanın səhhəti də artıq sözünə baxmır. Qapı-pəncərəsi olmayan, hər tərəfi açıq sığınacağında nəinki yaşamaq , bir neçə saat oturmaq belə mümkün deyil. Beton divarlardan ibarət bu məkanda nə qazı var, nə elektrik, nə də su...


Fatma xanımın istədiyi zaman çay içmək su qaynatmağa şəraiti belə yoxdur. Yalnız quru çörək qırıntılarını yığıb sataraq əldə etdiyi qəpiklərlə yavan çörək alıb yeyə bilir. Gecələri karton parçalarını yerə düzərək, onun üzərində yatan qadının ciyərlərinin xışıltısı danışarkən belə kənardan eşidilir. Fatma Məmmədovanın acınacaqlı yaşam tərzinə o ətrafda yaşayan sakinlər də şahiddir və qadının dediklərini bizə təsdiqlədilər. Qeyd edək ki, Fatma Məmmədova 50 manat təqaüd alır. Lakin təqaüdü dolanışığı üçün kifayət etmir. Bayılda qadınların ev işlərində köməklik edib, onun əvəzində bir günlük onların evində kirayə qalır.

Bununla yanaşı zibil qutularından quru çörəkləri toplayıb, sataraq özünü dolandırır: "Özümü dolandırmaq üçün quru çörəkləri toplayıb satıram. Aldığım qəpik-quruşa isə gündəlik çörəkpulumu çıxarıram. Sonra evlərə gedib, qadınlara kömək edirəm. Özüm-özümü dolandıra bilirəm. Heç kəsə əl açmıram. Lakin mənim qalacaq bir yerim yoxdur. Gecəni harada gecələyəcəyimi bilmirəm. Hər gün hava qaralanda, bu gücə harada yatacağam fikri məni bürüyür. Düzdür, yaxşı insanlar sağ olsun ki, bəzən məni bir neçə günlük evlərinə qonaq aparırlar. Yeri gələndə cibimə qəpik-quruş da qoyurlar. Ancaq nə zamana kimi belə olacaq... Artıq özüm də utanıram”. 53 yaşlı qadının həyatdakı tək arzusu isti bir otağının olmasıdır.



Deyir ki, dövlətin himayəsində yaşamaq, qocalar evinə getmək istəyir. Onu tanıyan sakinlər də Fatma Məmmədovanın qocalar evinə getməsini məsləhət gördülər: "Biz, onu tanıyanlar əllərindən gələn köməkliyi edirlər. Vəziyyət çətindir, camaat özünü güclə dolandırır. Bacı-qardaşı atıb, kimsəsiz qadındır. 1993-cü ildən Bayıl qəsəbəsində yaşayır. Bir gün birimizin, bir gün digərimizin evində qalır. Ancaq bu nə vaxta kimi davam edəcək? Bu qadını hökumət öz himayəsinə götürməlidir, qocalar evinə yerləşdirməlidir”.

Qeyd edək ki, Fatma Məmmədova 1964-cü ildə Biləsuvar rayonunun, Aşağı Cürəli kəndində doğulub.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.






Mənbə: musavat.com

Son xəbərlər