Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan Azərbaycana "quş qripi" təhlükəsi varmı?"

01.02.2018 13:41 2 925
İrandan Azərbaycana
İranda "quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib. Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib. Ə.Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə "quş qripi” virusu aşkarlanıb.(APA)
 
Təhlükənin yaxınımızda olduğunu nəzərə alsaq, bəs İrandan Azərbaycana gətirilən quş və quşçuluq məhsulları barədə hansı tədbirlər görülür? Azərbaycanda bu virusun yayılması üçün təhlükə varmı?

Məsələ ilə əlaqədar Qaynarinfo-ya açıqlama verən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli İrandan quş və quşçuluq məhsullarının idxalına 2016-cı ilin dekabrından qadağa qoyulduğunu və bu qadağanın hələ də qüvvədə olduğunu bildirib:


"Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən İranda 2016-cı ilin dekabrında və 2017-ci ilin martında "quş qripi" qeydə alındığı vaxtdan oradan diri quş və ümumiyyətlə quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Mütəmadi olaraq da cənub və digər bölgələrimizdə "quş qripi"nin olub-olmamasından asılı olmayaraq, nəzarətin aparılması ilə bağlı bütün baytarlıq idarələrinə tapşırıq verilib və hələ ki, ölkəmizdə bu xəstəlik qeydə alınmayıb".

Son xəbərlər